İnşaat mühəndisi
Hazırda şirkətimizə İnşaat mühəndisi tələb olunur.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
·
İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil
·
Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi
·
Əla səviyyədə ingilis dili biliyi
·
AutoCAD üzrə bacarıq
·
MS Office proqramları üzrə bacarıqlar
·
SAP2000/ ETABS/ Solidworks üzrə bacarıqlar
·
Tikinti normalarına dair biliklər
·
Konstruktor və struktur mühəndisliyi bilikləri
·
İşçi layihələrin oxunması və təhlili
·
Həcmlərin (BOQ) çıxarılması və smeta hesablamaları
·
Tikinti qrafiklərinin tərtibi (MS Project / P6)
·
Tikinti üzrə keyfiyyət standartlarına dair biliklər
Tələb olunan kompetensiyalar:
·
Müştəriyönümlülük
·
Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
·
Bütövlük
·
Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
·
Tikinti və infrastruktur obyektləri üçün layihə tələblərinin
hazırlanması;
·
İşçi
çizgilərin, smetaların və material siyahılarının yoxlanılması və təsdiqi;
·
Zavod ərazisində aparılan bütün tikinti və montaj işlərinə
gündəlik sahə nəzarətinin təmin edilməsi;
·
Tikinti layihələrinin planlarına, habelə iş qrafiklərinə riayət
edilməsinə, tikinti-quraşdırma, təmir, bərpa və yenidən qurma işlərinin həcm,
müddət və keyfiyyət baxımından qoyulan tələblərə uyğunluğuna nəzarət etmək;
·
İstifadə olunan və quraşdırılan material, avadanlıq və
konstruksiyaların təsdiqlənmiş layihə-smeta sənədlərinə, işçi cizgilərinə,
standart və normalara uyğunluğuna nəzarət etmək;
·
Müxtəlif departamentlərlə (istehsalat, mexanika, elektrik, HSE)
layihə əsasında koordinasiya;
·
Öz sahəsi üzrə bütün texniki sənədlərin düzgün arxivləşdirilməsi;
·
Layihə qrafiklərinin (P6/MS Project) tərtibi və icra vəziyyətinin
izlənməsi;
·
Tikintinin başlanması üçün tələb olunan sənədlərin tamlığını və
düzgünlüyünü yoxlamaq, müvafiq düzəlişlər tələb olunduqda zəruri tədbirlərin
görülməsi üçün müraciət etmək və nəzarət altında saxlamaq;
·
Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001
standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
·
Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.)
təxliyyə plana uyğun hərəkət etmək.
İmtiyazlar:
· Könüllü tibbi
sığorta
· Servis avtobusu
· Şəxsi və peşəkar
inkişaf imkanları
· İşçi rifahını
dəstəkləyən, inklüziv iş mədəniyyəti
· İşçi mükafatlandırma
proqramları və timbildinq fəaliyyətləri
·
Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin
adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş
olunur.
CV-lərin təqdim olunması üçün son tarix: 30.04.2026