Avtoyükləyici operatoru
Hazırda şirkətimizə Avtoyükləyici operatoru tələb olunur.
İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.
Tələblər:
· Sahə üzrə 3 il iş təcrübəsi
· Avtoyükləyici idarəetmə bacarığı
· Avtoyükləyici operatoru sertifikatı
Tələb olunan kompetensiyalar:
· Müştəriyönümlülük
· Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
· Bütövlük
· Yenilikçilik
Əsas vəzifə və öhdəliklər:
Avtoyükləyici maşının planlı olaraq yoxlanılması və təmizliyinin təmin edilməsi. Baş verən nasazlıqla bağlı bişbaşa rəhbərin məlumatlandırılması;
Yüklərin təhlükəsiz və vaxtında daşıma, yükləmə işlərinin yerinə yetirilməsi;
Paketləmə avadanlığından (palletizer) çıxan sement yüklü paletlərin daşınması, yük maşınına verilən plana uyğun yüklənməsi və boşaldılması;
Yükləmə və boşaltma işinin paketləri zədələmədən uyğun şəkildə yerinə yetirilməsi;
Sahədə öncədən səliqə ilə yığılmış tullantıların ayrılmış bölgəyə daşınması;
Ehtiyac olduqda zavodun digər bölümlərində də yükləmə, daşıma və boşaltma işlərinin yerinə yetirilməsi;
Yükləmə zamanı meydana gələ biləcək yırtılmış paketlərin ayrılması;
Texnikanın servisi zamanı problemlərin ətraflı izah edilməsi və təmir işlərinə nəzarət;
Təmir məntəqəsində texnikaların mexaniki-texniki təmir işlərində köməklik/dəstək göstərilməsi;
Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;
Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.
İmtiyazlar:
· Könüllü tibbi sığorta
· Servis avtobusu
· Şəxsi və peşəkar inkişaf imkanları
· İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti
· İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri
· Digər imtiyazlar
CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.
CV-lərin təqdim olunması üçün son tarix: 30.04.2026