NormNormNormNormNormNorm
/

Qalaq məhsullar

KLASS G (HSR)

Neft, qaz və digər xüsusi növ quyuların tikintisi zamanı müxtəlif təzyiq və temperatur şəraitində effektiv istifadə olunan yüksək sulfata davamlı Portland sement məhsuludur.

Uyğunluq Standartı – API Spec 10A Class G HSR; ГОСТ 1581–96

Tətbiq sahələri:

  • Neft quyularının tikintisi
  • ​Su quyuları
  • Qaz quyuları
  • Boru kəmərləri
  • Dəniz platformalarının dayaq bloklarında təməl işləri
  • Sement tıxacı

Üstün cəhətləri:

Tətbiq sahələrində mürəkkəbliyi və həddindən artıq temperatur və təzyiq şəraiti nəzərə alınmaqla, HSR (yüksək sulfatadavamlı) G sinfindən olan quyu-tamponaj sementi aşağıdakı üstünlüklərə malikdir:

  • proqnozlaşdırılabilən tutma vaxtı
  • ​yüksək sulfatadavamlılıq
  • uzunmüddətli performans
  • maye itkisinə nəzarət imkanı
  • aşağı özlülük
  • mexaniki dayanıqlılıq

İstehsalçı: NORM Sement Zavodu
 


Kimyəvi və fiziki xüsusiyyətlər

 KLASS G (HSR)   

API Spec 10 A Class G - HSR–in tələbləri

GOST 1581-96 ПЦТ I-G-CC-1 – in tələbləri   
SO()< 3.0Maks. 3.0Maks 3.0 +)
Cl (%)< 2.0Maks. 6.0Maks. 5.0 +)
Közərtmədə itki (%)

< 1.0

Maks. 3.0Maks. 3.0 +)
Həll olunmayan qalıq (%) < 0.70Maks. 0.75Maks. 0.75 +)
C3S (%) 50-61Min. 48 – Maks. 65Min. 48 – Maks. 65
C3A (%) < 2.8Maks. 3.0Maks. 3.0 +)
C4AF + C3A (%)   < 18.0--
Al2O3/Fe2O3 nisbəti =TM=P
Əgər TM  0.64
onda C4AF + 2C3A (%)
< 22.0Maks. 24Maks. 24 +)
Əgər TM < 0.64
onda C4AF + C2F (%)
-Maks. 24Maks. 24 +)
Na2O qələvi ekvivalenti
= 0.658K2O + Na2O (%) 
< 0.75Maks. 0.75Maks. 0.75 +)



KLASS C500

CEM II/A-P 42,5 R – Yüksək möhkəmlikli betonlar və beton konstruksiyalar üçün nəzərdə tutulan müstəsna dayanıqlı pussolan əlavəli Portland sement

Uyğunluq standartı: AZS 411:2010 (EN 197-1-2000)

Tətbiq sahələri:

  • Çoxmərtəbəli binaların daşıyıcı beton konstruksiyaları
  • Yüksək ilkin və son möhkəmlik tələb edən tikinti işləri
  • Qabaqcadan gərginləşdirilmiş dəmir-beton məmulatlar
  • Hidrotexniki qurğular
  • Körpü və tunellər
  • Dəmir yolu şpalları
  • Yüksək möhkəmlikli yol-örtük blokları
  • Uçuş zolaqları
  • Hazır quru qarışıqlar

Üstün cəhətləri:

  • Yüksək ilkin və son möhkəmlik
  • İşlərin tez başa çatdırılması, vaxt və vəsaitə qənaət
  • Portland sementin tətbiqinin yararlı olduğu bütün sahələrdə istifadə

Daşınma və satış forması: Qalaq halında

İstehsalçı: Norm Sement zavodu

 

Kimyəvi və fiziki xüsusiyyətlər

 Norm KLASS C500 CEM II/A-P 42,5 R

AZS 411:2010
(EN 197-1-2000) standartı

SO3 ()< 3.0 ≤ 4.0
Cl (%)< 0.03 ≤  0.10
2 günlük möhkəmlik (MPa)

> 25.0

≥ 20.0 
7 günlük möhkəmlik (MPa)> 39.0-
28 günlük möhkəmlik (MPa)> 50.0≥ 42.5 min./ ≤ 62.5 max.
Tutma vaxtının başlanğıcı (dəq)> 160 ≥ 60 
Həcmi genişlənmə (mm)0 - 1 ≤ 10

 

KLASS S

CEM II/A-P 42.5 N (SDPS 500 Ə-20) Mineral əlavəli sulfatadavamlı Portland sement (Təbii Pozzolan və əhəng daşı) torpaqda və su mühitində mövcud olan yüksək sulfat korroziyasının baş verə biləcəyi sahələrdə istifadə üçün beton istehsalı üçün nəzərdə tutulmuşdur. Bu sement, eyni zamanda, tikili və qurğuların aşınması və sıradan çıxması ilə bağlı riskləri azaldaraq ən aqressiv mühitlərdə betonun yüksək davamlılığını və uzun ömürlülüyünü təmin edir.

Uyğunluq standartları:        AZS 411:2010 (EN 197-1: 2000)

                                            AZS 531:2011 (ГОСТ 22266-94)

Tətbiq sahələri:

  • Sahilyanı və şoran torpaqlarda istismar edilən beton konstruksiyalar
  • Zirzəmi və yeraltı tikililər
  • Yollar və tunellər
  •  Hidrotexniki qurğular
  • Su hovuzları, quyu və kanalizasiya qurğuları
  • Ümumi məqsədlər üzrə nəzərdə tutulmuş portland sementinin istifadə olunduğu bütün növ tikinti işləri

Üstün cəhətləri:

  • Armatur polad korroziyası riskini azaltmaqla xlor ionlarına qarşı maksimum müqaviməti təmin edir
  • Yüksək aqressiv sulfat və turşu mühitində betonun texnoloji keyfiyyətini və struktur bütövlüyünü təmin edir 
  • Betonun davamlılığını və uzun ömürlülüyünü əhəmiyyətli dərəcədə yüksəldir 
     

Daşınma və satış forması: Qalaq halında

İstehsalçı: Norm Sement zavodu

 

Kimyəvi və fiziki xüsusiyyətlər

 

Norm KLASS S
CEM II/A-P 42,5 N (SDPS 500 Ə20)

AZS 411:2010
(EN 197 - 1 - 2000)

AZS 531:2011
(EN 197 - 1 - 2000)

SO3 (%)< 2.9≤ 3.5  3.0 
Cl  (%)< 0.02 ≤ 0.10-
2 günlük möhkəmlik (MPa)> 23.0≥ 10.0-
7 günlük möhkəmlik (MPa)> 37.0--
28 günlük möhkəmlik (MPa)> 49.0≥ 42.5 / ≤ 62.5 ≥ 49.0 
Tutma vaxtının başlanğıcı (dəq)> 160 ≥ 60 ≥ 45 
Həcmi genişlənmə (mm)0 - 1 ≤ 10 -
 

 

KLASS 1

CEM I 52,5 N – Yüksək möhkəmlikli və yüksək performanslı betonlar, yığma dəmir-beton beton konstruksiyalar, yüksək erkən möhkəmlik tələb olunan betonlar və Portland sementinin istifadə olunduğu bütün növ inşaat mühəndisliyi və tikinti işləri üçün nəzərdə tutulan müstəsna performanslı Portland sementdir.

Uyğunluq standartı:        AZS 411:2010 (EN 197-1: 2000)

Tətbiq sahələri:

  • Yüksək möhkəmlikli və yüksək performanslı betonlar
  • Yüksək erkən möhkəmliyə malik dəmir-beton istehsalı
  • Yığma dəmir-beton konstruksiyalar və binalar
  • Beton məmulatları
  • Qabaqcandan gərginləşdirilmiş beton körpü konstruksiyaları və birləşmələri
  • Yol örtükləri və uçuş-enmə zolaqları
  • Öz özünə yerləşən betonlar
  • Püskürtmə beton
  • Metro və tunel konstruksiyaları
  • Dəmiryol üçün beton şpallar
  • Ümumi məqsədlər üzrə nəzərdə tutulmuş Portland sementinin istifadə olunduğu bütün növ inşaat mühəndisliyi və tikinti işləri
     

Üstün cəhətləri:

   Müstəsna möhkəmlik performansı:

  •    Sementin malik olduğu yüksək erkən və son möhkəmlik ən çətin tətbiq sahələri üçün beton istehsalına imkan verir.

   İqtisadi cəhətdən sərfəlilik:

  •    Daha aşağı möhkəmliyə sahib sementlərlə müqayisədə 1 m3 betonda daha az sement sərf olunur.

  Vaxta qənaət:

  •    Sementin yüksək performansı beton qəlibinin daha tez sökülməsinə imkan verir.
  •    Erkən möhkəmliyin yüksək artım sürəti hər hansı bir beton işinin daha tez tamamlanmasına gətirib çıxardır.  
  •    Yığma beton konstruksiyaların istehsal müddətini qısaldır və iş yerinə daha əvvəl çatdırılmasına imkan verir.
  •    Yüksək erkən möhkəmliksoyu hava şəraitinin mənfi təsirlərini azaltmağa imkan verir.


Daşınma və satış forması: Qalaq halında

İstehsalçı: Norm Sement zavodu

 

Kimyəvi və fiziki xüsusiyyətlər

 

Norm KLASS 1
CEM I 52.5 N 

AZS 411:2010
(EN 197 - 1 - 2000)- un tələbləri
SO3 (%)< 3.4≤ 4.0
Cl  (%)< 0.01≤ 0.10
2 günlük möhkəmlik (MPa)> 29.0≥ 20
7 günlük möhkəmlik (MPa)

> 43.0

-
28 günlük möhkəmlik (MPa)> 59.0≥ 52.5
Tutma vaxtının başlanğıcı (dəq)> 160 ≥ 45
Həcmi genişlənmə (mm)≤ 1≤ 10 

 

KLASS L500

CEM II/A-L 42.5R - Yüksək ilkin və son möhkəmlikli betonlar, dekorativ, rəngli yer və qazon daşları, bordürlər və sement əsaslı müxtəlif hörgü daşlarının istehsalı üçün nəzərdə tutulan əhəngdaşı əlavəli Portland sement

Uyğunluq standartı: AZS 411:2010 (EN 197 – 1:2000)

Tətbiq sahələri:

  • Çoxmərtəbəli binaların daşıyıcı beton konstruksiyaları
  • İlkin və son möhkəmlik tələb edən tikinti işləri
  • Qabaqcadan gərginləşdirilmiş dəmir-beton məmulatları
  • Körpü, tunel və yeraltı keçidlər
  • Yüksək möhkəmlikli yol-örtük blokları, bordürlər, qazon və yer daşları
  • Torpağın möhkəmləndirilmə işləri
  • Məsaməli hörgü blokları (AAC) və sement əsaslı müxtəlif hörgü daşları
  • Köpüklü beton istehsalı

Üstün cəhətləri:

  • Yüksək ilkin və son möhkəmlik
  • Açıq rəngli beton istehsalında istifadə
  • İşlərin tez başa çatdırılması, vaxt və vəsaitə qənaət
  • Portland sementin tətbiqinin yararlı olduğu bütün sahələrdə istifadə


Daşınma və satış forması: Qalaq halında

İstehsalçı: Norm Sement zavodu
 

Kimyəvi və fiziki xüsusiyyətlər

 

Norm KLASS L500
CEM II / A-L 42.5 R

AZS 411:2010
(EN 197 - 1 - 2000)- un tələbləri
SO3 (%)< 3.4≤ 4.0
Cl  (%)< 0.03≤ 0.10
2 günlük möhkəmlik (MPa)> 30.0≥ 20.0
7 günlük möhkəmlik (MPa)

> 43.0

-
28 günlük möhkəmlik (MPa)> 55.0≥ 42.5 /  ≤ 62.5
Tutma vaxtının başlanğıcı (dəq)> 160 ≥ 60
Həcmi genişlənmə (mm)0- 1≤ 10 

 

KLASS D

CEM II/ A-P 42.5R - Xüsusi olaraq tunel və yeraltı keçidlərdə tətbiq edilən bütün növ püskürtmə betonların, həmçinin qabaqcadan gərginləşdirilmiş dəmir-beton konstruksiyaların, yığma dəmir-beton konstruksiyaları və məmulatlarının, eyni zamanda yüksək möhkəmlikli yığma beton məmulatlarının istehsalı üçün nəzərdə tutulan Putsolan əsaslı Portland sement

Uyğunluq standartı: AZS 411:2010 (EN 197-1:2000) 

Tətbiq sahələri:

  • Bütün növ püskürtmə betonlar:
  • Tunellər
  • Yeraltı keçidlər
  • Yolların ve şose yolların kənarlarındakı yamaclar
  • Özül qazıntısı zamanı sürüşmə riski olan yan səthlər
  • Beton divarlar
  • Suyun qarşısını alan istinad tikililər
  • Tikililərin gücləndirilməsi, bərpası və betonların təmiri

Üstün cəhətləri:

  • Aşağı ilkin və son tutma müddəti
  • Yüksək ilkin beton möhkəmliyi
  • Bütün növ püskürtmə betonların istehsalı
  • İşlərin tez başa çatdırılması, vaxt və vəsaitə qənaət

 

Daşınma və satış forması: Qalaq halında

İstehsalçı: Norm Sement zavodu


Kimyəvi və fiziki xüsusiyyətlər

 

Norm KLASS D

CEM II/ A-P 42.5R

AZS 411:2010
(EN 197 - 1 - 2000)- un tələbləri
SO3 (%)< 2.7≤ 4.0
Cl  (%)< 0.03≤ 0.10
2 günlük möhkəmlik (MPa)> 30.0≥ 20.0
7 günlük möhkəmlik (MPa)

> 42.0

-
28 günlük möhkəmlik (MPa)> 55.0≥ 42.5 /  ≤ 62.5
Tutma vaxtının başlanğıcı (dəq)> 150 ≥ 60
Həcmi genişlənmə (mm)<2≤ 10 

 

 

 


SOSİAL ŞƏBƏKƏLƏR

///

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az
Norm ustalar klubu