Xəbərlər
BAKI ALİ NEFT MƏKTƏBİNİN REKTORU İLƏ GÖRÜŞ KEÇİRİLİB
“Norm” ASC-nin nümayəndələri Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovla görüşüblər.
“Norm” ASC ilə Bakı Ali Neft Məktəbi arasında daha öncə imzalanmış memoranduma əsasən, görüş zamanı bu ali təhsil müəssisəsinin tələbələrinin Norm Sement zavodunda təcrübə keçməsi, sahə gəzintilərində iştirak etməsi, eləcə də Norm mütəxəssislərinin burada müvafiq sahələrdə tədris prosesinə cəlb olunmasına dair müzakirələr aparılıb.