NormNormNormNormNormNorm
/

Xəbərlər

İCTİMAİ DİNLƏMƏ KEÇİRİLMƏSİ BARƏDƏ ELAN

15 mart tarixində “Norm” ASC tərəfindən “Neft mənşəli tullantıların təkrar emal olunaraq, Norm Sement zavodunun soba xəttində istifadə edilməsi” mövzusunda ictimai dinləmə keçiriləcək.

İctimai dinləmə zamanı Norm Sement zavodunda təbii qazdan istifadənin azaldılması və bu məqsədlə, zavodda alternativ yanacaq kimi təkrar emal olunmuş neft mənşəli tullantılardan istifadə edilməsi barədə məlumat veriləcək. Həmçinin, şirkətin dayanıqlı inkişafa verdiyi əhəmiyyət müzakirə olunacaq və ətraf mühitin qorunmasına dair şirkətin siyasəti, eləcə də, görülən tədbirlər barədə ictimaiyyətin rəyləri və təklifləri nəzərdən keçiriləcək.

Tədbir haqqında ətraflı məlumat:

Tarix: 15 Mart 2024-cü il, saat: 11:00

Məkan: Qaradağ Gənclər Evi, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi 35K

Əlavə suallarınız yaranacağı təqdirdə, +994 77 277 19 42 telefon nömrəsi vasitəsilə Fəridə Məcidzadə ilə əlaqə saxlaya bilərsiniz.

 

SOSİAL ŞƏBƏKƏLƏR

///

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az
Norm ustalar klubu