Xəbərlər
Ötən cümə günü Norm Sement zavodunda tələbələrlə görüş keçirildi. Görüşdə şirkətin elan etdiyi “Norm Cement Guided Excellence Program” adlı proqrama müraciət edən və seçim prosesini müvəffəqiyyətlə keçən tələbələr iştirak etdi.
Görüş zamanı tələbələrə mentorları barədə məlumat təqdim edildi.
Seçilən tələbələr artıq bu həftədən etibarən proqramda iştirak etməyə başladılar.
Proqram boyunca onlar aşağıdakı imkanlardan faydalanacaqlar:
- Norm tərəfindən təşkil oluna təlimlərdə iştirak və NEQSOL Academy platformasından istifadə
- Norm mütəxəssisləri tərəfindən peşəkar təlimlərdə iştirak
- Yumşaq bacarıqlar üzrə təlimlərdə iştirak
- Sahə gəzintilərində iştirak
- Mercer qiymətləndirməsi vasitəsilə inkişaf imkanlarını müəyyən etmək
Mentorluq sessiyaları zamanı proqram iştirakçıları üçün ehtiyaca uyğun əlavə inkişaf vasitələri nəzərdən keçirilə bilər.