Xəbərlər
“NORM” ASC PEŞƏ TƏHSİLİ ALAN TƏLƏBƏLƏR ÜÇÜN PROQRAM HAZIRLAYIB
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunan “Əməyin Mühafizəsi və Ekologiya” adlı təlim proqramı yekunlaşıb.
Təlim proqramını bitirən "Avtomatika sistemlərinin istismarı" ixtisası üzrə təhsil alan 6 tələbə şirkətdə istehsahalat təliminə qoşulmaq şansı qazanıb.
Üçillik təlim-tədris proqramına uyğun olaraq, tələbələr 2024-cü ildə 16 fevraldan 21 iyunadək "Norm" ASC-də təcrübə keçəcəklər.