NormNormNormNormNormNorm
/

Xəbərlər

“Norm” ASC peşə təhsilinə dəstək göstərir

Norm” ASC ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində peşə məktəblərində təhsilə dəstək məqsədilə təlim proqramı həyata keçirilir. “Əməyin Mühafizəsi və Ekologiyanın əsasları” adlanan proqrama Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində sənayeyönümlü ixtisaslar üzrə təhsil alan iyirmi tələbə cəlb olunub. Təlimləri Norm Sement zavodunun mütəxəssisləri - Əməyin mühafizəsi üzrə mühəndislər Rəşad Bakdamirli və Anar Bünyadzadə, Keyfiyyətə Nəzarət və Keyfiyyətə Zəmanət üzrə müdir Xəyyam Vəliyev və Ətraf mühitin mühafizəsi üzrə mühəndis İbrahim Həsənov keçib. 20 saatlıq təlim proqramına  “SƏTƏM üzrə giriş təlimatı”, “Radiasiya təhlükəsizliyi”, “Qapalı sahədə iş zamanı təhlükəsizlik qaydaları”, “İlkin tibbi yardım”, “Yükqaldırma əməliyyatları zamanı təhlükəsizlik qaydaları”, “Hündürlükdə işlər zamanı təhlükəsizlik qaydaları”, “Elektrik və yanğın təhlükəsizliyi”, “Risklərin qiymətləndirilməsi”, “Ekologiya elminin əsasları”, “Ekologiyaya dair dövlət qanunvericilinin tələbləri”,  “Ekoloji aspektlər və təsirlər”, “Tullantıların idarə edilməsi” kimi mövzuları əhatə edən təqdimatlar və praktik tapşırıqlar daxil edilib. Proqramın əsas məqsədi peşə təhsili tələbələrini real iş mühitinə hazırlamaq və onların inkişafına töhfə verməkdir.

SOSİAL ŞƏBƏKƏLƏR

///

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az
Norm ustalar klubu