NormNormNormNormNormNorm
/

Xəbərlər

“Norm” ASC ilə “Azərbaycandakı SLB şirkəti” arasında Anlaşma Memorandumu imzalanıb

Cənubi Qafqazın ən iri sement istehsalçısı kimi 2013-cü ildən etibarən fəaliyyət göstərən “Norm” ASC ilə enerji sənayesində qlobal texnologiya lideri qismində ölkədə 25 ildən artıq müddət ərzində fəaliyyət göstərən Azərbaycandakı SLB şirkəti arasında Anlaşma Memorandumu imzalanıb.

 Əməkdaşlıq çərçivəsində tərəflər arasında Norm Sement zavodunun G sinif quyu-tamponaj sementinin istehsal imkanlarının birgə sınaqdan keçirilməsi və inkişaf etdirilməsi barədə razılıq əldə olunub. Norm  Amerika Neft İnstitutu (API) tərəfindən sertifikatlaşdırılıb və G sinif quyu-tamponaj sementi  Norm Sement zavodunda istehsal olunur. G sinif  sement kimi məhsulların lokallaşdırılması iqtisadi  inkişafın  və genişlənmənin əsas hərəkətverici amillərindən biri olaraq, Azərbaycanın və Xəzəryanı ölkələrin neft-qaz sektoru üçün başlıca prioritetdir.

Memorandum həmçinin texniki sahədə əməkdaşlığa töhfə vermək, hər iki şirkətin laboratoriyaları arasında qarşılıqlı əlaqələrin qurulmasını təşviq etmək və müxtəlif yerli inkişaf imkanlarından istifadə etmək məqsədi daşıyır. Azərbaycandakı SLB şirkəti ilə tərəfdaşlıq hər iki tərəfin ölkəyə verdiyi töhfəni və yerli sənayedə hazırkı istifadəsi ilə yanaşı, “Norm” ASC-nin G sinif quyu-tamponaj sementinin istehsal imkanlarının inkişaf etdirilməsini ifadə edir.

Azərbaycandakı SLB şirkəti qabaqcıl texnologiyalardan və innovasiyalardan istifadə edir və Azərbaycan Respublikasında milli və beynəlxalq səviyyədə fəaliyyət göstərən tanınmış enerji şirkətlərinin iştirak etdiyi iri neft və qaz layihələrində mühüm rol oynayır.

SOSİAL ŞƏBƏKƏLƏR

///

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az
Norm ustalar klubu