NormNormNormNormNormNorm
/

Xəbərlər

“Norm” ASC sement zavodunun 10 illiyini qeyd edir

2013-cü ildən istehsal fəaliyyətinə başlamış və böyük bir inkişaf yolu keçərək, bu gün Cənubi Qafqazın qabaqcıl sement istehsalçısına çevrilmiş Norm şirkəti Norm Sement zavodunun onilliyinə həsr olunmuş təntənəli tədbirlər keçirib.

Əsas missiyası tikinti materialları istehsalçısı kimi Azərbaycanda möhkəm, təhlükəsiz və ekoloji cəhətdən təmiz binaların inşasına dəstək vermək olan şirkət sement istehsalı və satışında onillik uğurunu öz müştəriləri ilə birlikdə qeyd edib. Bakı şəhərində və Azərbaycanın 9 müxtəlif bölgəsində bu yubileyə həsr olunmuş ziyafət tədbirləri keçirilib və bu tədbirlərdə 2000-dən çox müştəri iştirak edib. Silsilə tədbirlərin proqramına musiqi, şou, əyləncə, eləcə də müştərilərin təltifləndirilməsi daxil edilib.

Müştərilərinə üstün keyfiyyətli məhsul və xidmət təqdim edən Norm brendi bazara daxil olduğu gündən etibarən satış strategiyasında müştəriyönümlülük prinsipini rəhbər tutur və şirkət öz müştərilərini satış uğurunun açarı hesab edir.

İstehsal və digər əməliyyatlarını müasir standartlara və dövrün tələblərinə uyğun təşkil edən müəssisənin fəaliyyət strategiyasının mərkəzində isə ətraf mühitə həssas yanaşma, dayanıqlı inkişafa dəstək, müştəriyönümlülük və cəmiyyətə fayda vermək dayanır. Gələcək onilliklərdə də “Norm” ASC bu dəyərləri rəhbər tutaraq, ölkədə tanınan və bəyənilən inşaat materialları istehsalçısı olmağa davam edəcək.

SOSİAL ŞƏBƏKƏLƏR

///

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az
Norm ustalar klubu