NormNormNormNormNormNorm
/

Xəbərlər

“Norm” ASC BMT-nin Qlobal Sazişinə qoşulub

“Norm” ASC BMT-nin Qlobal Sazişinə qoşulub. Bu təşəbbüsə qoşulmaqla, şirkət dayanıqlı inkişafa sadiqliyini nümayiş etdirib.

Dayanıqlı inkişaf hədəflərinə çatmaq, əməliyyatlarını ESG prinsipləri əsasında təşkil etmək və ətraf mühitə təsiri minimuma endirmək yolunda addımlar atan şirkət bu çərçivədə götürdüyü öhdəliklərin icrasına ciddi şəkildə səy göstərir. Şirkətin öhdəlikləri dayanıqlı inkişaf təşəbbüslərinin daim nəzərdən keçirilməsini və təkmilləşdirilməsini əhatə edir, eləcə də, ədalətli və təhlükəsiz iş şəraitinin təminatını, sement istehsalında alternativ materiallardan, habelə alternativ yanacaqlardan istifadəni, karbon emissiyalarının azaldılmasını nəzərdə tutur.

“Biz BMT-nin Qlobal Sazişinə qoşulmaqdan və sazişin prinsiplərinin öz strategiya və fəaliyyətimizdə rəhbər tutmaqdan böyük məmnunluq hissi keçiririk”, Norm ASC-nin Baş icraçı direktoru Henning Sasse deyib.

Qeyd edək ki, 2000-ci ildə əsası qoyulmuş BMT-nin Qlobal Sazişi 160-dan çox ölkədən 20,000 şirkət və qeyri-biznes qurumunu bir araya gətirən korporativ dayanıqlılıq təşəbbüsüdür. 

SOSİAL ŞƏBƏKƏLƏR

///

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az
Norm ustalar klubu