Xəbərlər
Baş içraçı direktor Henning Sasse Deloitte Azərbaycan tərəfindən həyata keçirilən “Best Managed Companies Azerbaijan 2023” müsabiqəsində “Norm” ASC-nin iştirakı və qalib seçilməsi barədə müsahibə verib.
Müsahibə zamanı şirkətin gələcəyə baxışından danışan CEO qeyd edib ki, “Norm” ASC-nin məqsədi Azərbaycanda ən çox tanınan və uğurlu tikinti materialları istehsalçısı olmaqdır. Bunun üçün istehsalatda ən müasir və innovativ texnologiyalardan istifadə olunur, həmçinin, süni intellektə əsaslanan alətlər tətbiq olunur. Şirkət müştərilərlə münasibətlərinin idarə olunmasında İT alətlər istifadə edir, əməkdaşlarının inkişafı üçün isə bütün imkanları nəzərdən keçirir və onlara dəstək olur. Müsabiqədə iştirak etmək üçün iki səbəb olduğunu deyən Henning Sasse, birinci hədəfin kənar baxış vasitəsilə şirkətin harada olduğunu görmək, ikincisi isə harada olduğunu görərək, təkmilləşdirilməli sahələrin hansılar olduğunu başa düşməkdən ibarət olduğunu qeyd edib.
Müsabiqə boyunca davam edən prosesin müxtəlif çağırışlarla əhatə olunduğunu vurğulayan şirkət rəhbəri layihədə iştirakın əhəmiyyətli təcrübə olduğunu və bununla bağlı ciddi səylər göstərildiyini deyib. “Ümumilikdə bu müsabiqə bizə gələcək əməliyyatlarımızı təkmilləşdirməyə yardımçı oldu və bizə müxtəlif faydalar verdi. Müsabiqə zamanı şirkətimizə heç vaxt nəzər yetirməyəcəyimiz fərqli bucaqdan baxmaq imkanımız oldu, bu, xüsusilə şirkət rəhbərliyi üçün çox yaxşı təcrübə idi. Məhz bu iki səbəbdən, mən kommersiya təşkilatlarına bu müsabiqə iştirak etməyi tövsiyə edərdim” – deyə Henning Sasse müsahibəsinin sonunda qeyd edib.
Qeyd edək ki, “Norm” ASC korporativ idarəetmə sisteminin beynəlxalq standartlara uyğunluğuna və hədəflərinin düzgün istiqamətdə qurulmasına görə Deloitte Azərbaycan şirkətinin keçirdiyi “Best Managed Companies Azerbaijan 2023” müsabiqəsinin qalibi seçilib.
Müsahibə aşağıdakı keçiddədir.
https://goo.by/mDNWfg