Xəbərlər
Norm Ustalar Klubuna üzv olan ustaların iştirakı ilə respublikanın müxtəlif rayonlarında tədbirlər keçirilib. “Rəqəmsallığa doğru səyahət” şüarı altında 17 rayonda silsilə şəkildə təşkil olunan tədbirlərdə kluba üzv olan 3000-dən çox usta iştirak edib.
Tədbirlərdə Norm Ustalar Klubu mobil tətbiqi ustalara təqdim olunub, tətbiqdən istifadə qaydaları, bonusların toplanması, ustalar üçün müxtəlif kampaniyalar haqda müzakirələr aparılıb. Tətbiqin aktiv istifadəçisi olan ustaların təklifləri nəzərdən keçirilib, eləcə də yeni üzvlərin tətbiqlə bağlı sualları cavablandırılıb.
Həmçinin, əvvəlcədən hazırlanmış proqrama uyğun olaraq, komandalar şəklində müxtəlif oyunlar təşkil olunub, ustalar bu oyunlarda iştirak edərək hədiyyələr qazanıblar.
Silsilə görüşlər klubda 2023-cü ildə həyata keçirilən sosial layihələrin müzakirəsini də əhatə edib. Ustaların həyat yoldaşlarının və övladlarının klub tərəfindən həyata keçirilən layihələrdə iştirakının əhəmiyyəti vurğulanıb və bu istiqamətdə gələcək planlardan danışılıb.
Qeyd edək ki, Norm Ustalar Klubu inşaat sahəsində çalışan ustaların Norm Sement brendinə göstərdiyi etimad və sədaqətin möhkəmləndirilməsi üçün mükəmməl platformadır. Klub çərçivəsində təşkil olunan tədbirlər ustalarla ünsiyyəti və əlaqələri gücləndirməyi, onlarla fikir mübadiləsi aparmağı, təklif və ideyaları nəzərdən keçirməyi təşviq edir.