Xəbərlər
Sürixdə keçirilən Qlobal Sement və Beton Assosiasiyasının konfransında “Norm” ASC-nin Baş icraçı direktoru Henning Sasse şirkətin dekarbonizasiya hədəflərindən və karbon emissiyalarının azaldılmasına dair Norm Sement zavodunda görülən işlərdən danışıb.
O, qeyd edib ki, 2022-ci ildə assosiasiyaya üzv olan “Norm” ASC sement istehsalı sahəsində yeni şirkətdir və dekarbonizasiya cəhdlərinə sıfırdan başlayıb. Bu cəhdlərin icrasında hal-hazırda hüquqi və siyasi çərçivədə müəyyən çağırışların olduğunu qeyd edən Sasse göstərilən istiqamətdə bütün fəaliyyətlərə şirkətin özünün təşəbbüs göstərdiyini bildirib.
Müsahibə zamanı Baş icraçı direktor deyib ki, karbonsuzlaşdırma hədəflərinə doğru bir sıra addımlar artıq atılıb və bunun üçün zavodda lazımi mühit də yaradılıb. O, bildirib ki, hal-hazırda əsas fəaliyyətlərdən biri ölkədəki sement istehsalçılarının birgə assosiasiyasının yaradılması və bununla bağlı lazımi işlərin tezliklə başa çatdırılması, daha sonra isə bu zavodlarla birlikdə Azərbaycanın, eləcə də Cənubi Qafqaz regionunun sement sənayesinin karbonsuzlaşdırılması üçün birgə addımların atılmasıdır.
“Karbon qazının yığılması və saxlanılması, eləcə də bu kimi digər cəhdlər hal-hazırda birbaşa mümkün olmasa da, biz növbəti 3-5 il ərzində alternativ yanacaqlardan istifadəni nəzərdə tuta bilərik. Zavodda alternativ yanacaqdan istifadəyə dair bir sıra fəaliyyətlərə artıq başlanılıb, birgə emal üçün hazırda sınaq müddətindəyik, gələcəkdə bu məsələyə daha çox diqqət yetirməyi planlaşdırırıq. Artıq iki ildir ki, karbon emissiyalarına dair hesabat veririk, bu da məhz QSBA-ya üzv olmaq üçün səbəblərdən biri idi, çünki, biz burada daha çox təcrübə əldə etmək istəyirik. Bununla bağlı qiymətləndirmələrin, auditlərin aparılmasını istəyirik ki, irəliyə doğru addımlar ata bilək. Qlobal dekarbonizasiyaya sement və beton məhsulu olmadan nail olmaq mümkün deyil, ona görə bəzi ləngimələr olsa belə, biz hədəflərimizə nail olacağıq. 2050-ci ilə qədər isə öz sahəmizdə karbonsuz istehsal müəssisəsinə çevrilə biləcəyik”, - deyə Henning Sasse müsahibəsində bildirib.
Videoya keçid: http://bit.ly/3P3XcAu