NormNormNormNormNormNorm
/

Xəbərlər

Norm Sement nümayəndələri 14-cü Beton Yollar Simpoziumunda iştirak ediblər

Polşanın Krakov şəhərində Beton Yollar üzrə 14-cü Beynəlxalq Beton Yollar Simpoziumu keçirilib. Simpozium Polşa Sement Assosiasiyası və Avropa Beton Yollar Assosiasiyasının (EUPAVE) birgə təşkilatçılığı, Polşa İnfrastruktur Nazirliyi, Milli Magistral və Avtomobil Yolları Baş idarəsinin himayəsi, Ümumdünya Yol Assosiasiyasının və Beynəlxalq Beton Yollar Cəmiyyətinin dəstəyilə “Yaşıl dünyaya doğru beton yollar” devizi altında baş tutub.

Simpozium beton yol texnologiyalarının beynəlxalq səviyyədə müzakirəsinin və təşviqatının aparılmasına şərait yaradıb. 28 ölkədən 220-dən çox nümayəndə simpoziuma qoşulub və 3 günlük tədbirdə “Beton yollar və dairəvi iqtisadiyyat”, “Beton yollar üçün innovativ konsepsiyalar” mövzularında müxtəlif sessiyaları və nəzəri təqdimatları izləyiblər.

Elmi təcrübələrin bölüşülməsi ilə yanaşı, yerində öyrənmək və müzakirələr aparmaq məqsədilə yerli beton yollara, velosiped yollarına, eləcə də avtomobil yollarının tikilməkdə olan hissələrinə praktiki sahə səfərləri təşkil olunub. 

Norm Sement nümayəndələri tədbir çərçivəsində dünyanın müxtəlif ölkələrindən olan beton mütəxəssisləri və beton texnologiyaları sahəsində ekspertlərlə müzakirələr aparıb, eləcə də təcrübə mübadiləsi həyata keçiriblər.

Beton yolların inşasında qabaqcıl dünya, xüsusilə Avropa texnologiyalarının öyrənilməsi və ölkəmizdə tətbiqi Norm Sementin prioritet hədəflərinə daxildir. Beton sənayesində müasir texnologiyalar barədə beynəlxalq təcrübədən məlumatlı olan şirkət ölkənin inşaat sənayesində mövqeyini gücləndirir və tikinti layihələrinin uğurlu icrasına, xüsusilə də Qarabağın yenidəqurma və bərpasına töhfə verir. 

SOSİAL ŞƏBƏKƏLƏR

///

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az
Norm ustalar klubu