Xəbərlər
“Norm” ASC “Best Managed Companies Azerbaijan” layihəsinin 2023-cü il üzrə qaliblərindən biri olub.
Layihə Deloitte Azərbaycan şirkətinin təşkilatçılığı, Paşa Bank, Azərbaycan Dövlət İqtisad Universiteti, Sahibkarlığın İnkişafı Fondu, AMCHAM Azerbaijan, İctimai Televiziyanın dəstəyi ilə həyata keçirilib.
Layihədə 20-yə yaxın yerli şirkət iştirak edib. Müstəqil hakim heyəti tərəfindən builki qalib şirkətlər müəyyən edilib və mükafatı “Norm” ASC-nin Baş icraçı direktoru Henning Sasseyə bp-nin Xəzər bölgəsində Xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təqdim edib.
Layihə çərçivəsində şirkətlərin qiymətləndirilməsi 4 əsas meyar - strategiya, təşkilatın imkanları və innovasiyalar, korporativ idarəetmə və maliyyənin idarə edilməsi, korporativ mədəniyyət və məsuliyyət üzrə aparılır.
Qeyd edək ki, “Norm” ASC sənaye sektorunda davamlı inkişafa can atan, güclü korporativ idarəetməni dəstəkləyən, şirkət mədəniyyətini daim inkişaf etdirən və sosial məsuliyyəti yerinə yetirən şirkətlər arasında qabaqcıl mövqedə yer alır.
“Best Managed Companies” müsabiqəsi Deloitte tərəfindən Azərbaycanla yanaşı, dünyanın 35-dən çox müxtəlif ölkəsində təşkil olunur.