NormNormNormNormNormNorm
/

Xəbərlər

“Norm” ASC tərəfindən aztəminatlı ailələrə ziyarət təşkil edilib

Qaradağ rayonunda yaşayan aztəminatlı ailələrə “Norm” ASC tərəfindən ziyarət təşkil olunub. Şirkətin bir qrup əməkdaşı rayonun Qızıldaş, Qobustan, Ələt qəsəbələrində yaşayan 50-dən çox tənha yaşlıya və çoxuşaqlı anaya baş çəkib.

Ziyarət çərçivəsində ailələrin ehtiyacları nəzərə alınaraq onlara sovqat qutuları paylanıb, onlarla söhbətlər aparılıb, dəstək göstərilib.

Qaradağ rayonunda aztəminatlı ailələr şirkətin xüsusi diqqətindədir və xeyriyyəçilik ənənələrinin davam etdirilməsi nəzərdə tutulur.

SOSİAL ŞƏBƏKƏLƏR

///

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az
Norm ustalar klubu