Xəbərlər
Norm Sement zavodunun əməkdaşı şahmat turnirində qalib olub
Bakıda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “İnşaat sənayesi şirkətləri arasında şahmat turniri” keçirilib. Turnir "Unico" QSC-nin təşkilatçılığı, “ADEC” MMC və “PMD Group” MMC-nin sponsorluğu və iştirakı, “Norm” ASC, “Unimetal” MMC və “Archico” MMC-nin iştirakı ilə 28 may tarixində baş tutub.
6 şirkətdən 11 nümayəndə 5 turdan ibarət turnirdə yarışıb, yekunda 2 nominasiya üzrə qaliblər müəyyən olunub. Norm Sement zavodunun mərkəzi idarəetmə operatoru Nemət Əlizadə fərdi nominasiya üzrə 1-ci yeri, komandalarla yarışda isə 3-cü yeri qazanıb.
Həmkarımızı qələbə münasibətilə təbrik edir, uğurlarının davamlı olmasını diləyirik!