NormNormNormNormNormNorm
/

Xəbərlər

Bakıda keçirilən Beynəlxalq Minifutbol turnirində “Norm” ASC sponsor kimi dəstək nümayiş etdirib

1-6 may tarixləri arasında Bakıda Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş minifutbol üzrə beynəlxalq turnir baş tutub. Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən turnirə “Norm” ASC sponsor kimi dəstək nümayiş etdirib.

Bakı Tennis Akademiyasında keçirilən turnirdə 10 ölkənin milli komandası mübarizə aparıb. Turnirin final qarşılaşmasında Serbiya və Çexiya komandaları üz-üzə gəlib və oyun çexlərin qələbəsi ilə yekunlaşıb.  3-cü yer uğrunda Azərbaycan və Qazaxıstan seçmələri görüşüb. Oyun heç-heçə yekunlaşsa da, penaltilər seriyasında qazaxlar qələbə qazanıblar. Beləliklə, Çexiya millisi beynəlxalq turnirin çempionu adını qazanıb, Serbiya seçməsi gümüş, Qazaxıstan təmsilçisi isə bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, “Norm” ASC idmanın əhəmiyyətinə hər zaman böyük diqqət nümayiş etdirir, eləcə də müxtəlif layihələrə dəstək olmaqla, korporativ sosial məsuliyyət çərçivəsində gənclərin inkişafına töhfə verir. 

SOSİAL ŞƏBƏKƏLƏR

///

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az
Norm ustalar klubu