NormNormNormNormNormNorm
/

Xəbərlər

"Norm" ASC-nin Baş icraçı direktoru Cenevrədə Dayanıqlı İnkişaf üzrə Regional Forumda çıxış edib

“Norm” ASC-ni Baş icraçı direktoru Henning Sasse Sənaye inkişafı üzrə Birləşmiş Millətlərin Təşkilatı (YUNİDO) və Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasının birgə təşkilatçılığı ilə Dayanıqlı İnkişaf üzrə Regional Forumda DİM məqsədlərini əhatə edən Sənaye, İnnovasiya, İnfrastruktura dair “Yaşıl, dayanıqlı və davamlı infrastrukturun inkişafı” mövzusunda dəyirmi masada çıxış edib.

Baş icraçı direktor panel müzakirələri zamanı sement sənayesində karbon emissiyalarının azaldılması, böyük infrastruktur layihələrində beton istehsalında karbon yükünün miqdarının aşağı salınmasının vacibliyindən danışıb, “Norm” ASC tərəfindən dekarbonizasiya işlərinə verilən əhəmiyyətdən bəhs edib və bu istiqamətlərdən irəli gələn sualları cavablayıb. O, sement istehsalında klinker faktorunun azaldılması sahəsində təkmilləşdirmələr aparıldığını, istehsal zamanı istilik enerjisi istehlakının müəyyən qədər azaldılmasına nail olunduğunu qeyd edib, bərpa olunan enerji mənbələrindən və alternativ yanacaqdan istifadəyə dair göstərilən təşəbbüslərdən danışıb.

Gələcək planlardan bəhs edərkən, cənab Sasse bildirib ki, sement klinkeri istehsalında uzunmüddətli perspektivdə yaşıl və/ya aşağı karbonlu göy hidrogendən istifadə, həmçinin karbonun tutulması və saxlanılması nəzərə alınacaq və bu tədbirləri dəstəkləyən iqtisadi və hüquqi şərtlərə baxılacaq.

Qeyd edək ki,  “Norm” ASC də daxil olmaqla, Azərbaycanda iri sement istehsalçıları assosiasiya qurulmasına birgə təşəbbüs göstərirlər və istehsalda karbon izinin azaldılması üçün konkret hədəflər müəyyən edilməsini planlayırlar. Bu çərçivədə “Norm” ASC 2030-cu ilə qədər karbon tullantılarının miqdarının 7 faizədək azaldılmasını hədəfləyir. Eləcə də, beynəlxalq prinsiplərə uyğun olaraq, 2030-cu ilə qədər zavodda kimyəvi maddələrin və bütün tullantıların ekoloji cəhətdən səmərəli istifadəsinə nail olmaq və onların insanların sağlamlığına və ətraf mühitə mənfi təsirini azaltmaq məqsədilə havaya, suya və torpağa atılmasının əhəmiyyətli dərəcədə azaldılması nəzərdə tutulur.

Həmçinin, Qarabağda yenidənqurma və bərpa işləri çərçivəsində həyata keçirilən infrastruktur layihələrinin sement təchizatçısında əhəmiyyətli payı olan iştirakçı kimi “Norm” ASC podratçı şirkətlərlə karbon emissiyalarının azaldılması istiqamətində müəyyən müzakirələr aparır.

SOSİAL ŞƏBƏKƏLƏR

///

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az
Norm ustalar klubu