NormNormNormNormNormNorm
/

Xəbərlər

"Norm" ASC Yay təcrübə proqramı elan edir

Gənclərin peşəkar iş mühitində təcrübə qazanmalarına, onların bilik və bacarıqlarının artırılmasına dəstək olmaq məqsədi ilə "Norm" ASC 2023-cü il üçün ödənişli Yay təcrübə proqramı elan edir.

Kimlər müraciət edə bilər:


Təcrübə proqramına aşağıdakı adları qeyd olunan və ya onlara aid olan digər əlaqəli ixtisaslar üzrə təhsil alan III və IV kurs bakalavr tələbələri qatıla bilərlər:
• İnşaat mühəndisliyi
• Materiallar mühəndisliyi
• Sənaye mühəndisliyi
• Kimya mühəndisliyi
• Mədən mühəndisliyi
• Mexanika mühəndisliyi
• Elektrik, Elektronika və Avtomatika
• SƏTƏM/Ekologiya
• İnformasiya Texnologiyaları
• Maliyyə
• Mühasibat uçotu və Audit
• İqtisadiyyat
• Menecment
• İnsan Resurslarının idarə edilməsi
• Biznesin təşkili və idarə edilməsi
• Təchizat zəncirinin idarə edilməsi
• Nəqliyyatın təşkili və idarə edilməsi

Müraciət üçün:

• Elektron CV

• Tələbə biletinin sürəti

 İş qrafiki: 5 günlük iş həftəsi

Başlama tarixi: 3 iyul

Bitmə tarixi: 8 sentyabr

Nahar və nəqliyyat xidməti təmin edilir.

Müraciətinizi 9 may 2023-cü il tarixinədək  internship@norm.az e-mail ünvanına mövzu hissəsində uyğun gəldiyiniz ixtisas adını və qeyd olunan sənədləri əlavə etməklə, göndərməyiniz xahiş olunur.

Yalnız tələb olunan qaydalara uyğun şəkildə edilən müraciətlər nəzərdən keçiriləcək.

SOSİAL ŞƏBƏKƏLƏR

///

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az
Norm ustalar klubu