Xəbərlər
"Norm" ASC "Gənc mühəndislərin inkişafı" proqramını elan edir
Proqram haqqında
Norm ASC bacarıqlı, özünə inanan, sənaye sahəsindəki yeniliklərə açıq və yeni çağırışlara hazır olan potensiallı gənclər üçün “Gənc mühəndislərin inkişafı” proqramını elan edir. Bu proqram çərçivəsində aşağıdakı ixtisaslar üzrə təhsili olan gənc mühəndislər seçim prosesinə cəlb olunacaq. Daha sonra müxtəlif nəzəri və praktiki təlimlərdə iştirak etməklə peşəkar təcrübə qazanacaq, yeni bilik və bacarıqlar əldə edəcəklər:
- Kimya mühəndisi
- Proses üzrə mühəndis
- Mədən/Geologiya üzrə mühəndis
- Elektrika/Elektronika üzrə mühəndis
- Mexanika üzrə mühəndis
Kimlər müraciət edə bilər?
- Kimya, Proses, Mədən/Geologiya, Mexanika, Elektrik/Elektronika mühəndisliyi ixtisasları üzrə ali təhsili olan;
- İngilis dilini ən azı orta səviyyədə bilən;
- Əlaqədar sahə üzrə iki ildən az iş təcrübəsi olan və ya təcrübə proqramlarında iştirak edən;
- Sosial cəhətdən fəal olan;
- Analitik və yenilikçi düşüncəyə malik olan;
- Davamlı inkişafa meyilli olan.
Bu proqram sizə nə qazandıracaq?
- Sement istehsalı sahəsində unikal təcrübə və karyera qurmaq imkanı
- Təcrübəli mühəndis mentorlardan öyrənmək fürsəti
- Peşəkar təlim və inkişaf imkanları
- Sosial, texniki və liderlik bacarıqlarının inkişafı
- Peşəkar əlaqələri və şəbəkəni genişləndirmək imkanı
Müraciət prosesi
CV-nizi 28 fevral 2023-ci il tarixinədək mövzu hissəsində uyğun gəldiyiniz vakansiyanın adını qeyd etməklə, hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.