NormNormNormNormNormNorm
/

Xəbərlər

“Norm” ASC 2022-ci ilin Yay Təcrübə Proqramını yekunlaşdırdı

“Norm” şirkəti bu il də ənənəvi qaydada, sosial məsuliyyət prinsiplərindən çıxış edərək tələbələr üçün ödənişli əsaslarda 2 ay müddətinə Yay Təcrübə Proqramı təşkil etdi.

Bu məqsədlə Təcrübə Proqramında iştirak üçün müraciət etmiş çoxsaylı gəncin iştirakı ilə imtahan təşkil olunub. İmtahan və müsahibə  mərhələsindən ən yaxşı nəticə göstərən 30 nəfər yerli və xarici ali təhsil müəssisəsinin tələbəsi proqramda iştirak hüququ qazanıb.

Proqram ərzində tələbələr nəzəri və praktiki biliklərə yiyələniblər. Belə ki, fərqli şöbə və laboratoriyalarda, zavod ərazisinin istehsalat, təmir–tikinti və digər sahələrində real iş təcrübəsi əldə edən tələbələr həmçinin müxtəlif mövzularda Norm Sement zavodunun peşəkar heyəti tərəfindən təşkil edilmiş xüsusi təlimlərdən də yararlanıblar.

Proqram iştirakçıları üçün şəxsi və peşəkar inkişaf baxımından vacib olan liderlik, biznesin idarə edilməsi , funksional/texniki və yumşaq bacarıqlar üzrə müxtəlif mövzularda təlimləri özündə birləşdirən, qlobal və yerli təhsil müəssisələri ilə əməkdaşlıq edən Neqsol Academy rəqəmsal təlim platformasından istifadə imkanı yaradılmışdır.

Yay Təcrübə Proqramının sonunda iştirakçılar bu müddət ərzində əldə etdikləri bilik və bacarıqları hazırladıqları təqdimatlarda nümayiş etdirmiş, şirkət tərəfindən proqramı müvəffəqiyyətlə başa vurduqlarına dair sertifikat və hədiyyələrlə təltif edilmişdir.

SOSİAL ŞƏBƏKƏLƏR

///

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az
Norm ustalar klubu