NormNormNormNormNormNorm
/

Xəbərlər

Şəhid Teymur Rəsulovun "Qürub vaxtı" kitabının təqdimat mərasimi keçirilib

"Norm" ASC-nin əməkdaşı, 44 günlük Qarabağ müharibəsində Cəbrayıl, Hadrut istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Teymur Rəsulovun "Qürub vaxtı" kitabının təqdimetmə mərasimi "Gəncliyə Yardım Fondu"nun konfrans zalında keçirilib. Təqdimatda şəhidin ailə üzvləri və yaxınları, "Norm" şirkətinin rəhbər-işçi heyəti, mətbuat və mədəniyyət sahəsinin nümayəndələri iştirak edib.

Şəhidin həmkarları, o cümlədən "Norm" şirkətinin Baş icraçı direktoru Henning Sasse öz çıxışlarında Teymurun xatirəsini ehtiramla yad edib, onunla bağlı xatirələrindən və bütün gənclərə nümunə ola biləcək insani keyfiyyətlərindən danışıblar.

Şəhidin dostunun dediyinə əsasən, "Teymur Turan" ləqəbi nəzm və nəsr janrlarında imzasını atan şəhidin ilk kitabı olan "Qürub vaxtı" iki hissədən ibarətdir. Birinci hissədə müəllifin şeirləri, esseləri, hekayələr, ikinci hissədə isə T.Rəsulovla bağlı xatirələr yer alıb.

Döyüşlərə könüllü yollanan Teymur Rəsulov Prezidentin sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

SOSİAL ŞƏBƏKƏLƏR

///

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az
Norm ustalar klubu