NormNormNormNormNormNorm
/

Xəbərlər

"Əl elektrik qaynaqçısı" ixtisası üzrə təhsil alan tələbələr Norm Sement zavodunda istehsalat təcrübəsinə cəlb olunub

Norm Sement gənclər arasında peşə təhsilinin təşviqi, peşə təhsilinin şəhər və regionlarda inkişafı məqsədilə «Tikinti və Quraşdırma üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi» ilə əməkdaşlığa davam edir.

Bu əməkdaşlıq çərçivəsində 12.05.2022-ci il tarixindən 30.06.2022-ci il tarixinədək «Tikinti və Quraşdırma üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəz»inin “Əl elektrik qaynaqçısı” ixtisası üzrə 17 (on yeddi) II kurs tələbəsi (246 №-li qrup) zavodumuza peşə təhsili üzrə istehsalat təcrübəsinə cəlb olunub.

Təcrübə müddəti iki hissəli proqramdan ibarət təşkil olunub: nəzəri təlimlərin keçirilməsi və sahədə iş. Tələbələrə real iş mühitinə hazırlıq məqsədi ilə təcrübə zamanı Sement İstehsalına giriş, Əməyin Mühafizəsi və Sağlamlığı, Odlu İşlərlə İş və Elektrik Təhlükəsizliyi Qaydaları mövzularında təlimlər keçilib.

Sahədə iş zamanı tələbələr ixtisası üzrə praktiki təlimlərə cəlb olunaraq Norm Sement zavodunun istehsalat prosesi və avadalıqları barədə məlumatlar əldə ediblər. Eyni zamanda peşəkar heyyət tərəfindən zavodun təmir prosesləri tələbələrə izah olunub və mexaniki emalatxanada tələbələr qaynaq işləri üzrə praktiki təlimlərə cəlb olunublar.

SOSİAL ŞƏBƏKƏLƏR

///

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az
Norm ustalar klubu