NormNormNormNormNormNorm
/

Xəbərlər

“Norm” ASC tələbələri istehsalat təcrübəsinə cəlb edib

Şirkətin Korporativ Sosial Məsuliyyət tədbirləri çərçivəsində 12.05.2022-ci il tarixindən etibarən “Tikinti və Quraşdırma üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəz”inin “Əl elektrik qaynaqçısı” ixtisası üzrə 2-ci kurs tələbələri (246 №-li qrup) zavodumuza peşə təhsili üzrə istehsalat təcrübəsinə cəlb olunmuşdur.

Təcrübə müddəti iki hissəli proqramdan ibarət təşkil olunub: nəzəri təlimlərin keçirilməsi və sahədə iş. Tələbələrə real iş mühitinə hazırlıq məqsədi ilə təcrübə zamanı əməyin mühafizəsi, əməkdaşların sağlamlığı, odlu sahələrdə iş, elektrik təhlükəsizliyi və sement istehsalı qaydaları mövzularında təlimlər keçiriləcəkdir.

Təcrübə müddətində tələbələr ixtisasları üzrə praktiki təlimlərə cəlb olunaraq real istehsalat prosesində olan təmir işləri və avadanlıqlar barədə biliklərə yiyələnəcəklər.

Qeyd edək ki, 2020-2021-ci illərdə pandemiya səbəbilə təcrübə proqramları təxirə salınıb. Ümumilikdə isə 2018-2019-cu illərdə 54 tələbə istehsalat təcrübəsinə cəlb olunub ki, onlardan 30 tələbə «Tikinti və Quraşdırma üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəz»inin payına düşür.

SOSİAL ŞƏBƏKƏLƏR

///

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az
Norm ustalar klubu