NormNormNormNormNormNorm
/

Xəbərlər

“Norm” ASC əməkdaşları mətbuat nümayəndələri ilə iftar süfrəsində görüşüb

“Norm” ASC 18 aprel tarixində, ənənəvi qaydada şəhərimizin zövqlü məkanlarının birində mətbuat nümayəndələri üçün iftar ziyafəti təşkil edib. Məclisdə bir çox yerli mətbuat orqanlarının rəhbər və işçi heyəti iştirak edib.

Birlik və bərabərliyin rəmzi olan müqəddəs Ramazan ayında bir süfrə ətrafında toplaşan qələm əhli eyni zamanda gündəmdə olan məsələlərlə bağlı qarşılıqlı müzakirələr edib, fikir mübadiləsi aparıblar. Şirkət nümayəndələri ilə məclis iştirakçıları gələcək əməkdaşlıq imkanlarını da müzakirə ediblər.

Tədbir qonaqlar tərəfindən “Norm” şirkətinə qarşı olan və yüksək mənəvi dəyər prinsipinə əsaslanan münasibətlərin daim dəstəklənməsi və inkişafı baxımından yüksək qiymətləndirilib.

SOSİAL ŞƏBƏKƏLƏR

///

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az
Norm ustalar klubu