NormNormNormNormNormNorm
/

Xəbərlər

“Norm” ASC ölkəmizdə peşə təhsilinin inkişafını dəstəkləyir

Bakı  Dövlət  Peşə  Təhsil Mərkəzinin  təşkilatçılığı ilə tikinti sahəsində fəaliyyət göstərən işəgötürən müəssisələrin  rəhbərliyi, tələbələr və mühəndis-pedaqoji  heyətinin iştirakı ilə cari ayın ortalarında tədbir keçirilib. Tədbirdə müxtəlif şirkət nümayəndələri, Peşə Təhsili üzrə Dövlət  Agentliyinin şöbə müdirinin müavini, Qaradağ  rayon İcra Hakimiyyətinin başçısının  müavini və digər rəsmi qonaqlar iştirak ediblər.

Tikinti  və quraşdırma  işləri  üzrə  Bakı Dövlət  Peşə Təhsili Mərkəzi ilə əməkdaşlığa dair Memorandum imzalamış “Norm” ASC də tədbirdə təmsil olunan müəssisələr arasında idi. Şirkətin İnsan Resursları şöbəsinin əməkdaşı Ruslan Osmanlı öz çıxışında “Norm” şirkətinin tələbələrin ixtisaslı  kadrlar kimi hazırlanmasında  maraqlı olduğunu və bunun üçün bütün mövcud imkanların səfərbər edildiyini bildirib. Çıxışlar zamanı həmçinin ölkəmizdə həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar əmək bazarında kadr tələbatının təmin edilməsi üçün dövlət qurumları ilə qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin zəruri olduğu vurğulanıb.

Tədbirin sonunda Tikinti və  Quraşdırma İşləri  üzrə  Bakı  Dövlət  Peşə  Təhsili  Mərkəzi  və  tikinti müəssisələrinin nümayəndələri  arasında  fikir  mübadiləsi  aparılıb, peşə təhsilinin inkişafı üçün gələcəkdə atıla biləcək addımlar, məzun olacaq tələbələrin öz sahələrində daha da təkmilləşmələri üçün müvafiq təcrübə proqramlarına hazırlıq  mərhələsi müzakirə edilib.

 

SOSİAL ŞƏBƏKƏLƏR

///

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az
Norm ustalar klubu