NormNormNormNormNormNorm
/

Xəbərlər

Norm Sement zavodunda ətraf mühitin mühafizəsi, təbii sərvətlərinin qorunması mövzusunda görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə “Norm” ASC-nin sement zavodunda ölkəmizin təbii sərvətlərinin qorunması, faydalı qazıntı ehtiyatlarından səmərəli istifadə və ətraf mühitin mühafizəsi mövzusu ətrafında növbəti görüş baş tutub.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri və şirkət rəhbərliyinin iştirakı ilə zavod ərazisində ağaclar əkilib. Daha sonra zavod ərazisinin yaşıllaşdırılması və mövcud su mənbələrindən səmərəli istifadə məsələləri üzrə gələcək əməkdaşlıq imkanları müzakirə olunub.

Şirkət rəhbərliyi tərəfindən dövlət rəsmilərinə zavodda gedən istehsal prosesinin əyani təqdimatı keçirilib. Fəaliyyəti zamanı daim ətraf mühitə zərərin minimuma endirilməsinə fokuslanan Norm Sement zavodunun rəhbərliyi ənənəyə sadiq qalaraq, bu dəfə ölkəmizdə faydalı qazıntı yataqlarının istismarı nəticəsində yığılıb qalan təbii tullantıların zavod tərəfindən istehsala cəlb edilməsi təklifi ilə çıxış edib. Təklif nümayəndə heyəti tərəfindən müsbət qarşılanıb.

Norm Sement zavodunun Cənubi Qafqaz regionunda istehsal etdiyi quyu-tamponaj sementi üzrə Amerika Neft İnstitutu (API) tərəfindən uyğunluq sertifikatına layiq görülən ilk sement istehsalçısı olması ziyarətçilərin təqdirinə səbəb olub.

Tədbirin sonunda “Norm” ASC-nin alternativ enerjidən, o cümlədən günəş panellərindən əldə olunan yaşıl enerjidən istifadə üzrə gələcək planları ətraflı müzakirə edilib, rəsmi nümayəndə heyəti tərəfindən təkliflər irəli sürülüb.

Qeyd edək ki, istehsal gücü gündə 5300 ton klinker, ildə 2,1 milyon ton sement olan Norm Sement zavodunda istehsal prosesi beynəlxalq standartlara uyğun, avtomatlaşdırılmış, təhlükəsiz və peşəkar qaydada təşkil edilib.

SOSİAL ŞƏBƏKƏLƏR

///

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az
Norm ustalar klubu