NormNormNormNormNormNorm
/

Xəbərlər

“Norm” ASC-nin dəstəyi ilə Qarabağda ağacəkmə aksiyası keçirilib

İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və abadlaşdırılması istiqamətində “Norm” ASC-nin dəstəyi ilə Ağdam şəhərində ağacəkmə aksiyası keçirilib.

Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin Xüsusi Nümayəndəliyinin təşəbbüsü ilə baş tutub.

Ekologiya və təbii sərvətlər nazirinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin, dövlət rəsmilərinin, “Norm” şirkətinin İdarə Heyətinin üzvlərinin iştirakı ilə keçirilən ağacəkmə aksiyasında 2 hektar ərazidə 2000 Eldar şamı və Xan çinarı ağacı əkilib. Ərazidə günəş enerjisi ilə işləyən su mühərriki və damcılı suvarma sistemi quraşdırılıb.

Daha sonra tədbir iştirakçıları tərəfindən Ağdam Sənaye Parkına və yeni tikilən ərazilərə baxış keçirilib, gələcəkdə qarşılıqlı əməkdaşlıq istiqamətində müzakirələr aparılıb və atılacaq növbəti addımlar müəyyən olunub.

Cəmiyyət qarşısında sosial öhdəliklərini yerinə yetirmək üçün hər zaman əzmlə çalışan “Norm” şirkəti və komandası yaşıllaşdırma və abadlaşdırma istiqamətində layihələri bundan sonra da davam etdirməyi nəzərdə tutur.

Qeyd edək ki, Norm Sement zavodu Cənubi Qafqazın ən iri sement istehsalçısıdır. Zavodda ən müasir texnologiyanın tətbiqi və proseslərin avtomatlaşdırılması yüksək keyfiyyətli məhsulun istehsalına, istismarın səmərəliliyinə, eyni zamanda ekoloji cəhətdən təmiz və sağlam məhsul istehsalına zəmanət verir.

SOSİAL ŞƏBƏKƏLƏR

///

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az
Norm ustalar klubu