NormNormNormNormNormNorm
/

Xəbərlər

NEQSOL Holding Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsinə dəstəyini şərh edib

NEQSOL Holding Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsinə dəstəyini şərh edib

KİV-dən daxil olan sorğuya cavab olaraq NEQSOL Holding bildirir ki, Ukraynadakı vəziyyətlə əlaqədar holdinq Azərbaycan vətəndaşlarının təxliyəsinə dəstək göstərir. Təxliyə üzrə işlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin himayəsi altında, Ukraynada və qonşu ölkələrdəki Azərbaycan səfirlikləri və konsulluqları, eləcə də Ukraynanın Azərbaycandakı Fəxri Konsulluğu ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Vətəndaşların qayıtmasını təmin etmək üçün NEQSOL Holding və onun tərkibində olan Bakcell və Norm şirkətləri tərəfindən təyyarə reysləri təşkil olunub və 28 fevral tarixindən etibarən həyata keçirilməkdədir. Humanitar dəstək çərçivəsində vətəndaşlar pulsuz uçuş biletləri ilə təmin olunur.

Qeyd edək ki, bu reyslər Azərbaycan Hava Yolları (AZAL) tərəfindən təşkil edilən uçuşlara əlavə olaraq həyata keçirilir.

NEQSOL Holding həmçinin Ukraynanın Kiyev və Xarkov şəhərlərindən 2400-dən çox Azərbaycan vətəndaşının və 185 Türkiyə vətəndaşının dəmir yolu nəqliyyatı ilə Rumıniyanın paytaxtı Buxarest şəhərinə təxliyəsini təşkil edib.

Hazırda təxliyə üzrə işlər davam etməkdədir.

 

SOSİAL ŞƏBƏKƏLƏR

///

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az
Norm ustalar klubu