Xəbərlər
Norm sement Sual-Cavab layihəsinə start verir
Norm şirkəti yeni-yeni layihələrə imza atmağa davam edir. Şirkət Norm Sement-ə məxsus Facebook və İnstagram hesablarının izləyiciləri üçün Futbol üzrə Dünya Çempionatına həsr olunmuş sual-cavab layihəsinə start verdi.
Dünya Çempionatı həyəcanını İTV-də yaşayın və NORM Sement-dən dəyərli hədiyyələr qazanın!
- 28 ədəd 300 AZN dəyərində idman mağazalarına kupon
- 8 ədəd 500 AZN dəyərində istirahət və sağlamlıq kuponu
- 4 ədəd 800 AZN dəyərində elektronika mağazalarına kupon
- 3 ədəd 1000 AZN dəyərində səyahət kuponu
- 1 ədəd 2000 AZN dəyərində səyahət kuponu
Bunun üçün nə etmək lazımdır?
- Oyunu İTV-də diqqətlə izləməyiniz vacibdir, sual canlı yayım zamanı istənilən vaxt aparıcılar tərəfindən səslənəcək. Müsabiqədə iştirak edən oyunlar NORM-un Facebook və İnstagram səhifəsində elan ediləcək;
- Suala NORM-un Facebook səhifəsində birinci düzgün cavab yazan şəxs hədiyyə qazanacaq;
- Suala düzgün cavab verməklə yanaşı, iştirakçı NORM və İTV-nin səhifələrini bəyənməlidir;
- Həmçinin bu postu və hər sual elan edilən postu bəyənməli, səhifəsində paylaşmalıdır;
- Hər bir şəxs yalnız 1 şərh və 1 variant yaza bilər;
- Redaktə edilmiş, mövzudan kənar, qeyri-etik şərhlər silinəcək və nəzərə alınmayacaq;
- Şəxsiyyət vəsiqəsindəki ad/soyadla Facebook profilindəki ad/soyad uyğun gəlmirsə, şərhdə cavabın sonunda düzgün ad/soyad/ata adı qeyd olunmalıdır;
- Qaliblər hədiyyəni şəxsən və şəxsiyyət vəsiqələrini təqdim etməklə götürə bilərlər;
- Norm şirkəti müsabiqə ərzində qaydalara dəyişiklik etmək hüququna malikdir.
14.06. – 15.07.18 tarixlərində davam edəcək müsabiqədə Sizi fəal olmağa çağırır və hər birinizə uğurlar arzulayırıq!