NormNormNormNormNormNorm
/

Xəbərlər

NORM Sement “BakuBuild 2016” sərgisində iştirak etdi

NORM Sement 19 - 22 Oktyabr tarixləri arasında Bakı Ekspo Mərkəzində keçirilən 22-ci Azərbaycan Beynəlxalq İnşaat Sərgisində iştirak etdi.

 

Ənənəvi  hal alan sərgidə şirkət sərgidə peşəkar satış, texniki dəstək və marketinq komandaları ilə təmsil olunurdu.

 

Sərginin keçirildiyi 4 gün ərzində bir sıra əhəmiyyətli görüşlər baş tutdu. Belə ki, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov sərgi zamanı NORM Sementin stendini ziyarət etdi.

 

Sərgi zamanı özünəməxsus tərzdə hazırlanmış NORM stendi geniş iştirakçı və ziyarətçi kütləsinin marağını cəlb etdi.

 

Beləliklə, sərgidə hər il fəal iştirak edən NORM Sement bu il də öz brendini və məhsullarını tanıtmaq üçün təşviqat kampaniyasını uğurla həyata keçirdi, həmçinin inşaat sahəsində ixtisaslaşmış çox sayda yerli və beynəlxalq şirkətlərlə işgüzar əlaqələr qurmaq imkanı əldə etdi. 

https://ssl.gstatic.com/ui/v1/icons/mail/images/cleardot.gif

SOSİAL ŞƏBƏKƏLƏR

///

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az
Norm ustalar klubu