Xəbərlər
NORM Sement hər il olduğu kimi bu il də 21-24 oktyabr tarixlərində “BakuBuild” sərgisində iştirak etmişdir. Xəzəryanı regionda inşaat sahəsinin ən böyük tədbiri olan bu sərgidə iştirak etməkdə məqsədimiz şirkətimizi və brendimizi daha geniş tanıtmaqdan ibarətdir. Sərgi hər il bu tədbiri ziyarət edən minlərlə mütəxəssislə ünsiyyət saxlamaq və təşviqat kampaniyasını həyata keçirmək imkanı verir. Potensial müştərilərin cəlb olunmasında və yeni iş münasibətlərinin qurulmasında əhəmiyyətli rol oynayır.
Müəssisə cənubi Qafqazın ən iri sement zavodudur. Zavodda sement quru üsul texnologiyası ilə istehsal olunur. Əsas texnoloji avadanlıqlar Almaniya, Fransa, Hollandiya və İsveçrənin aparıcı şirkətlərinin istehsalıdır. Zavodun istismara verilməsi daxili istehsal həcmini 5,2 milyon həddinə çatdırır ki, bu da Azərbaycanın tikinti sənayesinin sementə olan tələbatını artıqlaması ilə ödəməyə imkan verir. Beləliklə, idxaldan asılılıq tamamilə aradan qalxmış olur. Bununla yanaşı sement istehsalında əlavə həcmlər ixrac imkanları yaradır.
Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutu zavodun bütün məhsullarına Avropa standartlarına uyğunluq sertifikatı vermişdir.
NORM Sement zavodu əhalinin işlə və sabit gəlirlə təmin edilməsində əhəmiyyətli rola malikdir. Belə ki, hazırda müəssisədə 330 nəfər işçi çalışır. Bundan əlavə köməkçi sahələrdə daha 150 nəfər müəssisənin fəaliyyətinə cəlb olunmuşdur.
Məşğulluqla yanaşı yeni müəssisə yerli mütəxəssislərin yetişdirilməsinə və bütünlükdə ölkənin sement sektorunun inkişafına öz töhfəsini verir.