NormNormNormNormNormNorm
/

Xəbərlər

Bakıda "Norm" şirkətinin baş sponsorluğu ilə beynəlxalq sement forumu keçirildi

  Bakıda “Norm” MMC-nin baş sponsorluğu ilə keçirilən XXIV Avrasiya Sement Konfransı başa çatdı. Tədbirdə 14 ölkəni təmsil edən 70-dən artıq nümayəndə iştirak etdi. Tədbir çərçivəsində inşaat avadanlığı və materialları istehsal edən şirkətlərin məhsullarının sərgisi də təşkil edildi.

Sement sənayesi üzrə dünya standartlarının Azərbaycanda tətbiq edilməsi istiqamətində fəaliyyət göstərən “Norm” şirkəti beynəlxalq sement assosiasiyaları, o cümlədən Almaniyanın VDZ, Türkiyənin TÇMB,  Rusiyanın Soyuzcem, BusinessCem, Petrocem ilə münasibətlər qurur və bu qurumlarla sıx əməkdaşlıq edir.

“Norm” şirkətinin əsas tərəfdaşı olduğu və Rusiyanın "BusinessCem" sement forumunun təşkilatçılığı ilə keçirilən konfrans bu qəbildən olan tədbirlərdəndir. Sement sənayesi mürəkkəb və qlobal bir sahədir. Bu sahənin effektli inkişafına əngəl törədən problemlərin aşkarlanması və həlli üçün bütün əlaqəli tərəflərin birgə səyləri tələb olunur. Bu baxımdan konfrans böyük əhəmiyyət kəsb edirdi və mütərəqqi texnologiyaların təşviqinə imkan yaratdı. Sement və tikinti materiallarının istehsalı, tətbiqi və satışı üzrə müxtəlif ölkələri təmsil edən mütəxəssislər tədbirdə açıq və konstruktiv fikir mübadiləsi aparmaq üçün əlverişli imkan əldə etdilər.

Konfrans 21-22 oktyabrda, Bakıdakı “JW Marriott Absheron” otelində baş tutdu. Tədbir Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) dəstəyilə keçirildi. Konfransın Bakıda keçirilməsi təsadüfi deyil. Azərbaycanda tikinti sektorunun sürətlə inkişafı sementə tələbatı artırıb və yeni istehsal qüvvələrinin yaradılmasına təkan verib. Bu baxımdan “Norm” şirkətinin yeni sement zavodu xüsusi maraq doğurur. Bakının Qaradağ rayonunda inşa edilən “Norm Sement” zavodu cənubi Qafqazın ən iri sement zavodu olub, istehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon sement təşkil edir. Zavodda müasir texnologiyalar tətbiq edilib, Almaniya, Fransa, İsveçrə və Niderlandın aparıcı istehsalçılarının avadanlıqları quraşdırılıb. Hal hazırda zavodda tikinti-montaj işləri başa çatıb və ilkin sementin istehsalına başlanılıb.

SOSİAL ŞƏBƏKƏLƏR

///

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az
Norm ustalar klubu