NormNormNormNormNormNorm
/

Xəbərlər

"Norm" Şirkəti "BakuBuild- 2013" Beynəlxalq İnşaat sərgisinin "Qızıl" Sponsoru oldu

"NORM" şirkəti 23-26.10.2013-cü il tarixlərində Baku Ekspo Mərkəzində keçirilən, Xəzəryanı regionda inşaat sahəsinin ən böyük tədbiri olan, 19-cu “BakuBuild-2013” Beynəlxalq İnşaat Sərgisinin “Qızıl" sponsoru qismində çıxış etmişdir. Bu sərgidə “NORM” şirkətinin fəal iştirakında məqsədi şirkətin imicinin möhkəmləndirilməsinə xidmət etmək, ziyarətçilərin “NORM” şirkətinin məhsulları ilə daha yaxından tanış olmalarına və onun üstünlüklərini qiymətləndirmələrinə imkan yaratmaq idi.

Şirkətin yeni “Norm Sement” zavodunda istehsala artıq başlanılmışdır. Hal hazırda şirkət sement istehlakçıları ilə iş əlaqələri qurur və satış imkanlarının araşdırılması üzərində işləyir. Bu baxımdan potensial müştərilərin cəlb olunmasında sərgi əhəmiyyətli rol oynayacaqdır. Eyni zamanda sərgi hər il bu tədbiri ziyarət edən 12 mindən çox mütəxəssislə təmas yaratmaq və təşviqat kampaniyasını həyata keçirmək imkanı verir.

Norm şirkətinin yeni sement zavodu cənubi Qafqazın ən iri sement zavodudur. Zavod Bakı şəhərinin Qaradağ rayonunda yerləşir və istehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edir. Zavod həmçinin Azərbaycanın neft sənayesini, habelə Xəzər  bölgəsinin neft hasilatçılarını API standartlarına uyğun xüsusi növ quyu-tamponaj sementi ilə təchiz etməyə imkan verəcəkdir.

Zavodun konsepsiyası hazırlanarkən ən müasir texnologiyalara üstünlük verilmiş və əsas istehsal avadanlıqları Almaniya, Fransa, İsveçrə və Hollandiyanın aparıcı istehsalçıları tərəfindən təchiz edilmişdir. Qeyri-neft sektorunda investisiya həcminə görə ön sıralarda olan və 400 milyon ABŞ dollarına başa gələn layihə Azərbaycanın iqtisadi potensialının daha da artırılmasına öz layiqli töhfəsini verəcəkdir.

SOSİAL ŞƏBƏKƏLƏR

///

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az
Norm ustalar klubu