Korporativ dəyərlər

Norm şirkəti şirkətdaxili mədəniyyətin işçilərin yüksək peşəkarlıq  və şəxsi keyfiyyətləri, daim yeniliklər və inkişafa səy göstərmək əzmi, yüksək motivasiyalı komanda ruhu əsasında formalaşması istiqamətində çalışan bir şirkətdir.

Biz  işçilərimizin  fəaliyyətinin onlar üçün cəlbedici olacağına, onlara məmnunluq və nailiyyət gətirməklə yanaşı böyük dəyər qatacağına inanırıq.

Şirkətimizdə çoxmədəniyyətli mühitdə fəaliyyətlərin necə həyata keçirildiyinə dair ümumi anlayış yaratmaq, şirkətin sağlam prinsiplər əsasında qurulmasına nail olmaq və davranış qaydalarını aydın etmək məqsədilə Etika Məcəlləsi tətbiq olunur.

Norm-da iş münasibətləri əmək münasibətlərinin ən vacib prinsiplərindən biri olan ayrıseçkiliyin yol verilməməsi prinsipi əsasında qurulur. Bərabər iş imkanları qanun tərəfindən tələb olunmaqla yanaşı biznesdə uğur qazanmağa imkan verən ən əsaslı komponent kimi iş münasibətlərinin bütün mərhələlərində qorunub saxlanılır. Biz hamı üçün bərabər iş imkanları yaradaraq işçilər arasında irq, din, milliyyət, yaş, fiziki və ya əqli məhdudluqlar, ailə vəziyyəti,  cinsi və ya siyasi baxışlarından dolayı fərq qoymuruq. 

Korporativ dəyərlər
Şirkət mədəniyyəti

Şirkət mədəniyyəti

İş mühiti

İş mühiti

İnkişaf imkanları

İnkişaf imkanları

İnsan resursları siyasəti

Biz əməkdaşlarımızın şəxsi hüquqlarından tam və düzgün şəkildə istifadə edə bilməsi üçün imkan yaradır, onlara vicdanla və ədalətlə yanaşır, təhlükəsiz və sağlam iş mühiti təmin edirik. İnsan kapitalının inkişafına çalışır, əməkdaşların sosial və ictimai sahələrdə təşəbbüslərini dəstəkləyir, onların şəxsi və peşəkar həyatına hörmət edirik.

İnsan resursları siyasəti

İşə qəbul

Norm şirkətində işə qəbul prosesi obyektivlik və bərabərlik prinsipləri rəhbər tutularaq aşağıdakı mərhələlərlə həyata keçirilir.

01

Vakant vəzifənin açıqlanması

02

CV-lərin qısa siyahısının tərtib edilməsi

03

Müsabiqənin keçirilməsi

04

Qiymətləndirmə prossesi

05

İşə qəbulun təsdiq edilməsi

Karyera imkanlarını nəzərdən keçir

Vakansiyalar

Vakansiyalar

Proqramlar

Proqramlar

Vakansiyalar

Hazırda şirkətimizə Sement və beton məhsulları üzrə kiçik satış təmsilçisi tələb olunur.

 

İş yeri: 8 noyabr prospekti, Baku Bay Tower

 

Tələblər: 

·       İqtisadiyyat, Menecment və ya Marketinq üzrə ali təhsil

·       2 ili sahə üzrə olmaqla, ümumi 3 il iş təcrübəsi

·       İngilis dili biliyi

·       MS Office proqramlarında işləmək bacarığı

·       Sement və beton istehsalı üzrə texniki biliklər

·       Bazarın təhlili və araşdırılması üzrə təcrübə

·       Əsas məliyyə göstəriciləri və əmsalları barədə dərin biliklər

·       Sənaye standartları haqqında məlumatlılıq

Tələb olunan kompetensiyalar:

·       Müştəriyönümlülük

·       Əməyin mühafizəsi qaydalarından xəbərdar olma

·       Bütövlük

·       Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

·       Sement və beton sahəsində korporativ müştərilər, satıcılarla davamlı əlaqələrin qurulması;

·       Müştəri fəaliyyətinin, müqavilələrin və kredit risklərinin izlənməsi;

·       Sement və beton bazarına dair araşdırmaların aparılması və hesabatların təqdim edilməsi;

·       Mövcud və potensial müştərilərə yeni sement və beton məhsulları haqqında məlumatların çatdırılması;

·       Müştəri məmnuniyyəti və məhsul keyfiyyəti ilə bağlı geribildirimlərin toplanması;

·       Yeni müştərilərin və əməkdaşların cəlb olunması yolu ilə satış şəbəkəsinin genişləndirilməsi;

·       Şirkətin strateji məqsədləri və nailiyyətləri barədə məlumatların müştərilərə ötürülməsi;

·       Müştəri şikayətlərinin TMS Pro sisteminə vaxtında daxil edilməsi;

·       Gündəlik hesabatların hazırlanması və rəhbərlikə təqdim olunması;

·       SAP sisteminə müştərilərin sifarışlərinin yazəlması və izlənilməsi;

·       Excel, Power Point, Word Office proqramlarında hesabat və təqdimat edilməsi;

·       Sənədlərin API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq;

·       Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək.

İmtiyazlar:

·       Könüllü tibbi siğorta

·       Nəqliyyat

·       Şəxsi və peşəkar inkişaf imkanları

·       İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti

·       Digər imtiyazlar

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

CV-lərin təqdim olunması üçün son tarix: 27.09.2026

Hazırda şirkətimizə Satınalma üzrə mütəxəssis tələb olunur.

 

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km

 

Tələblər:

·       İqtisadiyyat, idarəetmə və/yaxud maliyyə üzrə ali təhsil

·       Ən azı 2–3 il iş təcrübəsi; çoxsahəli satınalma təcrübəsi üstünlükdür.

·       Əla səviyyədə MS Office biliyi

·       Əla səviyyədə ingilis dili biliyi

·       CIPS sertifikasiyasına üstünlük verilir

Tələb olunan kompetensiyalar:

·       Müştəriyönümlülük

·       Əməyin mühafizəsi qaydalarından xəbərdar olma

·       Bütövlük

·       Yenilikçilik


Əsas vəzifə və öhdəliklər:

  • Satınalmanın təşkili: 3 törəmə müəssisənin hər biri üzrə illik satınalma dəyəri 150 000 AZN-ə qədər olan bütün əməliyyat xarakterli alışların (avadanlıq, ehtiyat hissələri, alətlər, xidmətlər və digər istismar materialları) qrupun satınalma qaydalarına uyğun sorğu, təkliflərin müqayisəli təhlili və vaxtında/sərfəli satın alınması, tədarükü.
  • Törəmə şirkətlərin təchizatçılarının ilkin və təkrar qiymətləndirilməsi prosesinin aparılması
  • Törəmə müəssisələr üzrə təchizatçıların satınalma sənədlərinin vaxtında təhvil verilməsinə nəzarət etmək və müvafiq müəssisənin Maliyyə şöbəsinə ayın vaxtında bağlanışı üçün təhvil verilməsi.
  • Alış Tələbnamələrini vaxtlı-vaxtında, qənaətlə və düzgün qaydada icra edilməsi
  • Qəbul edilmiş təkliflərin keyfiyyət, qiymət, çatdırılma müddəti və şərtlər cəhətdən müqayisəli təhlili və ən sərfəli təchizatçının seçilməsi.
  • Tullantıların İdarə Olunması Proseduruna müvafiq olaraq Satınalma və logistika şöbəsinə aid məsuliyyətlər üzrə müvafiq əməliyyatların yerinə yetirilməsi
  • Tələbə əsasən təchizatçılarla kommersiya şərtləri üzrə danışıqların aparılması
  • Törəmə müəssisələr üzrə təchizatçı seçimi formasının və alış sifarişlərinin hazırlanması.
  • Çatdırılmaların hər bir törəmə müəssisənin əməliyyat ehtiyaclarına uyğun əlaqələndirilməsi.
  • Sənədlərin müvafiq müəssisədə tətbiq olunan idarəetmə sistemi standartlarına (ISO 9001 və s.) uyğunluğunun təmin edilməsi və illik auditlərə hazırlıq.
  • Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək


İmtiyazlar:

·       Könüllü tibbi siğorta

·       Nəqliyyat

·       Şəxsi və peşəkar inkişaf imkanları

·       İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti

·       Digər imtiyazlar

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

CV-lərin təqdim olunması üçün son tarix: 21.09.26

Hazırda şirkətimizə Layihə inşaat mühəndisi tələb olunur.

 

Vəzifənin məqsədi: Bu vəzifə zavod ərazisində həyata keçirilən tikinti layihələri ilə yanaşı, şirkətin strateji layihələrinin icra olunduğu ərazilərdə də inşaat işlərinin planlaşdırılması, koordinasiyası və icrasına texniki dəstək göstərilməsini nəzərdə tutur.

 

İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

 

Tələblər: 

  • İnşaat mühəndisliyi üzrə ali təhsil;
  • Müvafiq sahədə 2–3 il iş təcrübəsi;
  • Sənaye və ya tikinti layihələrində iş təcrübəsi üstünlükdür;
  • Tikinti çertyojlarını və texniki sənədləri oxumaq və təhlil etmək bacarığı;
  • AutoCAD və MS Office proqramlarında işləmək bacarığı;
  • Tikinti norma və standartları üzrə biliklər;
  • Analitik düşünmə, problem həll etmə və koordinasiya bacarıqları;
  • Yaxşı səviyyədə ingilis dili biliyi.

Tələb olunan kompetensiyalar:

·       Müştəriyönümlülük

·       Əməyin mühafizəsi qaydalarından xəbərdar olma

·       Bütövlük

·       Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

·       Zavod ərazisində və strateji layihələrin icra olunduğu ərazilərdə həyata keçirilən tikinti, rekonstruksiya, modernizasiya və infrastruktur layihələrinin icrasında iştirak etmək;

·       Tikinti işlərinin təsdiq edilmiş layihə sənədlərinə, çertyojlara, texniki spesifikasiyalara, standartlara və iş qrafikinə uyğun icrasına nəzarət etmək;

·       Dəmir-beton və metal konstruksiyalar, avadanlıq fundamentləri, sənaye binaları, yollar və digər infrastruktur işlərinin icrasına nəzarət etmək;

·       Tikinti sahəsində görülən işlərin keyfiyyətini, həcmini və icra vəziyyətini yoxlamaq;

·       Podratçı və subpodratçıların fəaliyyətini koordinasiya etmək və görülən işlərin layihə tələblərinə uyğunluğunu təmin etmək;

·       Tikinti və konstruksiya çertyojlarını, texniki sənədləri, spesifikasiyaları və iş həcmlərini nəzərdən keçirmək;

·       Layihə sənədləri ilə faktiki sahə şəraiti arasında yaranan uyğunsuzluqları müəyyən etmək və texniki həllərin hazırlanmasında iştirak etmək;

·       Tikinti materiallarının və görülmüş işlərin tələb olunan keyfiyyət standartlarına uyğunluğunu yoxlamaq;

·       Görülmüş işlərin həcmlərinin ölçülməsi və podratçılar tərəfindən təqdim edilən iş həcmlərinin yoxlanılmasında iştirak etmək;

·       Layihələrin müəyyən edilmiş müddət və büdcə çərçivəsində tamamlanmasına dəstək göstərmək;

·       Mexanika, elektrik, istehsalat və digər aidiyyəti texniki komandalarla layihə işlərini koordinasiya etmək;

·       Layihələrin gedişatı, görülmüş işlər, gecikmələr, risklər və açıq məsələlər üzrə hesabatlar hazırlamaq;

·       Tikinti işləri zamanı əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ətraf mühit tələblərinə riayət olunmasına nəzarət etmək.

İmtiyazlar:

·       Könüllü tibbi sığorta

·       Servis avtobusu

·       Şəxsi və peşəkar inkişaf imkanları

·       İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti

·       İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri

·       Digər imtiyazlar

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

CV-lərin təqdim olunması üçün son tarix: 25.09.26

Hazırda şirkətimizə Kapital xərclərinin idarə edilməsi üzrə baş mütəxəssis tələb olunur.

 İş yeri: Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km.

 Tələblər: 

- İnşaat, Mexanika, Elektrik, Sənaye mühəndisliyi, Tikintinin idarə edilməsi və ya əlaqəli texniki ixtisas üzrə bakalavr dərəcəsi; magistr dərəcəsi üstünlükdür.

- Kapital xərclərin idarə edilməsi, mühəndislik, tikinti və ya sənaye layihələrinin icrası üzrə minimum 5 il, o cümlədən layihə nəzarəti və ya portfel koordinasiyası üzrə ən azı 3 il müstəqil iş təcrübəsi;

- Sement, mədənçıxarma, energetika, neft-qaz, istehsalat və ya digər ağır sənaye sahələrində təcrübə üstünlükdür;

- PMP, PRINCE2 və ya ekvivalent layihə idarəetməsi üzrə təlimdə iştirak və ya sertifikatın olması üstünlükdür;

- Büdcə hazırlanması prosesi, xərclərin hesablanması, proqnozlaşdırma, tenderlərin qiymətləndirilməsi, müqavilə və dəyişikliklərin idarə edilməsi üzrə biliklər,

- Excel və PowerPoint üzrə yüksək, MS Project və/və ya Primavera P6 üzrə yaxşı biliklər; ERP, Power BI, AutoCAD/CAD və sənəd idarəetmə sistemləri üzrə təcrübə üstünlükdür;

- Yüksək səviyyədə ingilis dili biliyi; türk və/və ya rus dillərində ünsiyyət bacarığının olması üstünlükdür;

- Layihə və istehsalat həyata keçirilən sahələrdə, həmçinin planlı təmir dayanmaları fəaliyyətlərində iştirak etməyə və ezamiyyətlərə hazır olmaq.

Tələb olunan kompetensiyalar:

·       Müştəriyönümlülük

·       Əməyin mühafizəsi qaydalarından xəbərdar olma

·       Bütövlük

·       Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

·       CAPEX layihələrinin illik və uzunmüddətli planlaşdırılması, qiymətləndirilməsi, prioritetləşdirilməsi və portfel üzrə koordinasiyasını həyata keçirmək;

·       Layihələrin texniki və iqtisadi əsaslandırılmasını, investisiya təkliflərinin, büdcə və icra planlarının hazırlanmasını koordinasiya etmək;

·       Layihələrin büdcə, xərc, pul axını, qrafik və icra göstəricilərinə nəzarət etmək, kənarlaşmaları vaxtında müəyyənləşdirmək;

·       CAPEX layihələrinin şirkətin təsdiq edilmiş prosedurları, daxili nəzarət və layihə idarəetmə tələblərinə uyğunluğunu təmin etmək;

·       Tenderlərin hazırlanması və qiymətləndirilməsi, podratçı seçimi, müqavilə və kommersiya proseslərində iştirak etmək;

·       Layihələrin icrasını, podratçı fəaliyyətini, riskləri, dəyişiklikləri, texniki məsələləri, SƏTƏM və keyfiyyət tələblərini idarə etmək;

·       Layihə sponsorları, Maliyyə, Satınalma, SƏTƏM, texniki şöbələr və podratçılar arasında effektiv kommunikasiya və koordinasiyanı təmin etmək;

·       Layihələrin istismara verilməsi, təhvil-təslimi və texniki-kommersiya baxımından bağlanmasını koordinasiya etmək;

·       CAPEX portfeli üzrə rəhbərliyə büdcə, proqnoz, icra vəziyyəti, risklər və əsas qərarlar barədə dövri hesabatlar təqdim etmək;

·       CAPEX proseslərinin, hesabatlılığın və layihə idarəetmə alətlərinin davamlı təkmilləşdirilməsinə töhfə vermək.

İmtiyazlar:

·       Könüllü tibbi sığorta

·       Servis avtobusu

·       Şəxsi və peşəkar inkişaf imkanları

·       İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti

·       İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri

·       Digər imtiyazlar

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

CV-lərin təqdim olunması üçün son tarix: 03.08.26


Hazırda şirkətimizə “Sement üyütmə terminalının tikintisi və istismara verilməsi” layihəsi üçün Layihə rəhbəri axtarılır.

 Tələblər: 

  • Mühəndislik və ya əlaqəli texniki ixtisas üzrə ali təhsil;
  • Layihələrin idarə olunması sahəsində minimum 10 il iş təcrübəsi, o cümlədən ən azı 5 il rəhbər vəzifədə təcrübə;
  • Ağır sənaye, istehsalat və ya EPC/EPCM layihələrinin idarə olunması üzrə təcrübə;
  • Sement istehsalı və ya tikinti materialları sənayesində müvafiq iş təcrübəsinə malik olmaq üstünlükdür;
  • Layihənin bütün mərhələləri üzrə (layihələndirmə, satınalma, tikinti, istismara vermə və işə salma) praktiki təcrübə;
  • PMP (PMI) və ya PRINCE2 Practitioner sertifikatına malik olmaq;
  • EPC, EPCM, Lump Sum və Reimbursable müqavilə modelləri üzrə biliklər;
  • FIDIC və ya NEC müqavilə şərtləri üzrə biliklər;
  • MS Project və/və ya Primavera P6 proqramlarında işləmək bacarığı;
  • MS Excel və layihə hesabatlılığı alətləri üzrə biliklər;
  • Əməyin mühafizəsi və sənaye təhlükəsizliyi sistemləri üzrə biliklər;
  • İngilis dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Güclü liderlik, analitik düşünmə və qərarvermə bacarığı.

Tələb olunan kompetensiyalar:

·       Müştəriyönümlülük

·       Əməyin mühafizəsi qaydalarından xəbərdar olma

·       Bütövlük

·       Yenilikçilik

Əsas vəzifə və öhdəliklər:

·       Layihələrin planlaşdırılması, icrası, monitorinqi və uğurla tamamlanmasına rəhbərlik etmək;

·       Layihənin əhatə dairəsini, məqsədlərini, büdcəsini və vaxt qrafikini müəyyən etmək və idarə etmək;

·       Layihə icra planlarının, risk reyestrlərinin və resurs planlarının hazırlanmasını və icrasını təmin etmək;

·       Layihə büdcəsinə, qrafikinə və keyfiyyət tələblərinə riayət olunmasına nəzarət etmək;

·       Satınalma strategiyalarının hazırlanmasına, tender və müqavilə proseslərinin idarə olunmasına rəhbərlik etmək;

·       Podratçılar, təchizatçılar və digər maraqlı tərəflərlə münasibətləri idarə etmək;

·       Layihə risklərini müəyyən etmək, qiymətləndirmək və risklərin azaldılması tədbirlərini həyata keçirmək;

·       Layihələrin icra vəziyyəti ilə bağlı rəhbərliyə müntəzəm hesabatlar və təqdimatlar hazırlamaq;

·       Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və ətraf mühit tələblərinə uyğunluğu təmin etmək;

·       Çoxfunksiyalı layihə komandalarına rəhbərlik etmək, onların fəaliyyətini əlaqələndirmək və inkişafını dəstəkləmək;

·       Layihələrin istismara verilməsi, yekun təhvil-təslim və bağlanma proseslərini idarə etmək.

 

 

İmtiyazlar:

·       Könüllü tibbi sığorta

·       İş yerinə çatdırılma

·       Şəxsi və peşəkar inkişaf imkanları

·       İşçi rifahını dəstəkləyən, inklüziv iş mədəniyyəti

·       İşçi mükafatlandırma proqramları və timbildinq fəaliyyətləri

·       Digər imtiyazlar

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@norm.az ünvanına göndərməyiniz xahiş olunur.

CV-lərin təqdim olunması üçün son tarix: 06.07.26

Proqramlar

Hal-hazırda aktiv proqram mövcud deyil.