Norm Ustalar Klubu
Norm Ustalar Klubu inşaatda çalışan ustaları özündə birləşdirən bir klubdur. Klubun yaradılmasında məqsəd inşaat sahəsində çalışan ustaların bilik və bacarıqlarını inkişaf etdirməkdir.
Sement məhsullarından istifadə edən hər bir usta Norm Ustalar Klubuna üzv ola bilər. Kluba üzv olduqdan sonra ustalar klubun yaratdığı bir sıra imkanlardan faydalana bilərlər. Klub üzvləri üçün sement məhsulları və onların istifadə qaydaları ilə bağlı təlimlər təşkil edilir, üzvlüyü olan ustalar Norm sementlərindən istifadə etdikləri halda müxtəlif bonuslar və hədiyyələr qazanmaq imkanı əldə edirlər.
Suallarınız və ya ətraflı məlumata ehtiyac olarsa, həftənin bazar ertəsi- cümə günləri, saat 09:00-dan 18:00-dək +994 55 480 10 10 və ya +994 55 340 10 10 nömrələri vasitəsilə klubun qaynar xəttinə müraciət edə bilərsiniz.
Norm Ustalar Klubuna kimlər üzv ola bilər?
- sementdən istifadə edən 22-60 yaş arası ustalar;
- ən azı 2 il iş təcrübəsi olan ustalar;
- iş icraçıları (prorablar);
- briqadirlər
Norm Ustalar Klubuna necə üzv olmalı?
- Sement məhsulundan istifadə edən inşaat ustası klubun qaynar xəttinə və ya Facebook səhifəsinə üzvlük üçün müraciət edə bilər;
- Üzvlük əldə etmək istəyən şəxslə ilkin olaraq telefonda müsahibə aparılır;
- Müsahibə zamanı ustanın həqiqətən klubun tələblərinə uyğun usta olub-olmadığı yoxlanılır, onunla iş prosesində üz-üzə görüşüldükdən sonra isə kluba üzvlüyü təsdiqlənir;
- Ustanın üzvlüyü təsdiqləndikdən sonra ona kluba üzvlük kartı təqdim olunur;
- Kisə hissələri yalnız üzvlük kartı olan klub üzvlərindən toplanır və eyni qaydada hədiyyələr də yalnız üzvlük kartı əldə etmiş klub üzvlərinə verilir.
![]() |
![]() |