Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
05.06.2026
5 iyunda Bakıda Ümumdünya Ətraf Günü 2026 tədbiri
baş tutub.
Azərbaycanın ev sahibliyi etdiyi qlobal tədbirdə
yüksək səviyyəli dövlət rəsmiləri, BMT və onun aidiyyatı qurumlarının rəhbər şəxsləri,
müxtəlif ölkələrdən gələn nümayəndələr, Azərbaycanın özəl sektorunu təmsil edən
şirkətlərin, eləcə də Norm-un nümayəndələri iştirak ediblər. Norm tədbirin
sponsorlarından biri kimi bu mühüm təşəbbüsə dəstək göstərib.
Ətraf mühitin qorunması, iqlim dəyişiklikləri
ilə mübarizə və dayanıqlı inkişafın təşviqinə həsr olunmuş belə nüfuzlu tədbirin
sponsor kimi tərəfdaşları sırasında yer almaq şirkət üçün mühüm əhəmiyyət kəsb
edir.
Norm-da istehsal və biznes prosesləri ətraf
mühitə məsuliyyətli yanaşma prinsipləri əsasında qurulub. Şirkət karbon
emissiyalarının azaldılması ilə bağlı hədəflərinə nail olmaq istiqamətində fəaliyyətini
davam etdirir, bu məqsədlə Azərbaycan Sement İstehsalçıları Assosiasiyasının
“Xalis Sıfır Yol Xəritəsi”nə uyğun addımlar atır.
“Norm” ASC 10-dan çox ölkədə enerji,
telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən
beynəlxalq şirkətlər qrupu olan NEQSOL Holding-in tərkibinə daxildir.