Enerji sektorunun nümayəndələri Norm Sement zavodunu ziyarət ediblər
22.06.2026
Norm
Sement zavodunda enerji sektorunda fəaliyyət göstərən aparıcı beynəlxalq şirkətlərin
nümayəndələri ilə növbəti görüş keçirilib. bp, SLB və Halliburton şirkətlərinin
mühəndis və texniki mütəxəssislərindən ibarət nümayəndə heyəti zavoda səfər edərək
istehsal prosesi ilə yaxından tanış olublar.
Ziyarət
çərçivəsində qonaqlara zavodun istehsal prosesində tətbiq olunan texnologiyalar
və keyfiyyətə nəzarət barədə ətraflı məlumat verilib. Daha sonra onlar zavodun
sement laboratoriyasını ziyarət edib, məhsulların sınaq və keyfiyyət göstəriciləri
ilə maraqlanıblar.
Görüş
zamanı xüsusilə neft-qaz sənayesində istifadə olunan quyu-tamponaj sementi və
onun texniki xüsusiyyətlərinə dair fikir mübadiləsi aparılıb.
Qeyd
edək ki, bu görüşlər mütəmadi olaraq təşkil olunur. Məqsəd tərəfdaşlıq münasibətlərinin
gücləndirilməsi, eləcə də qarşılıqlı təcrübə və bilik mübadiləsinin təşviq
edilməsidır.