NormNormNormNormNormNorm
/

Dayanıqlı inkişaf


Norm ASC, Qlobal Hesabatlılıq Təşübbüsü (GRI) Standartlarının “Əsas” variantına, həmçinin Qlobal Sement və Beton Assosiyasiyasının (GCCA) Təlimatlarına uyğun olaraq üçüncü Davamlılıq Hesabatını nəşr etmişdir. Hesabat 2020 - ci il ərzində baş vermiş iqtisadi, ekoloji, sosial və digər davamlılıq sahələrindəki irəliləyiş və əməliyyatları özündə əks etdirir. Hesabatımızın düzgünlüyünü və etibarlılığını təmin etmək üçün davamlılıq göstəricilərimizin əminliyi ilə bağlı üçüncü tərəfi cəlb etmişik. Deloitte & Touché LLAC seçilmiş əsas fəaliyyət göstəricilərimiz üzrə məhdud əminlik hesabatı təqdim etmişdir. Bu, davam etməkdə olan təşəbbüs və proqramların tendensiyalarını və son bir ildə əldə olunan nailiyyətlər də daxil olmaqla, davamlılıq hədəflərimizin izlənməsinə imkan yaradır. 
 

Dayanıqlı inkişaf üzrə hesabat 2020
 

Bu, Norm-un Dayanıqlı İnkişaf haqqında ikinci hesabatıdır və 1 yanvar 2019-cu il tarixindən 31 dekabr 2019-cu il tarixinədək olan dövrü əhatə edir. Bu il, Dayanıqlı İnkişaf haqqında hesabatda əks olunan seçilmiş məlumatlara 3000 saylı Əminlik Tapşırıqlarına dair (yenilənmiş) Beynəlxalq Standarta əsasən müstəqil əminliyin verilməsi üçün Deloitte & Touché  MMAC şirkəti ilə əməkdaşlıq etmişik.  Belə müstəqil təsdiqləmə maraqlı tərəflər qarşısında dayanıqlı inkişaf fəaliyyətimiz, təşəbbüslərimiz, eyni zamanda şirkətimizin dayanıqlı inkişaf hədəfləri üzrə irəliləyişinə dair məlumatların doğruluğu və tamlığına əlavə təminat yaradır.
 

 Dayanıqlı inkişaf üzrə hesabat 2019

 

1 yanvar 2016-cı ildən 31 dekabr 2018-ci ilədək olan dövrü əhatə edən ilk Davamlı İnkişaf haqqında hesabatımızı təqdim etməkdən məmnunluq duyuruq. Bu hesabatın hazırlanmasında əsas məqsəd fəaliyyətlərimiz və əməliyyatlarımız nəticəsində yaranan iqtisadi, sosial və ekoloji təsirlər barədə məlumat verərkən, maraqlı tərəflər üçün hesabatlılıq və şəffaflığın təmin edilməsidir. Hesabatımız Qlobal Hesabatlılıq Təşəbbüsü (GRI) Standartlarının “Əsas” variantına, habelə Qlobal Sement və Beton Assosiasiyasının (GCCA) təlimatlarına istinad edərək hazırlanmışdır. Hesabat Şirkətimiz, fəaliyyətimizin əhatə dairəsi, nailiyyətlərimiz və üzləşdiyimiz problemlər, habelə fəaliyyətimizin davamlılığı ilə bağlı təsir və risklər haqqında məlumatları özündə ehtiva edir.

Daha ətraflı məlumat üçün sizi Davamlı İnkişaf haqqında hesabatımızı oxumağa dəvət edirik və inkişafımızı davam etdirməyə kömək edəcək fikirləriniz və şərhlərinizi gözləyirik. 
 

Dayanıqlı inkişaf üzrə hesabat 2018

 

 

 


SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ