NormNormNormNormNormNorm
/

Xəbərlər

Zəfər Günü ilə əlaqədar “Norm” ASC nümayəndələri şəhid ailələri ilə görüş keçirib

“Norm” ASC-nin iştiraki ilə Zəfər Günü ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətində şəhid ailələri ilə görüş təşkil olunub. Görüşdə 25 şəhid ailəsi iştirak edib.

44 günlük Vətən müharibəsi zamanı torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şəhid valideynləri qəhrəman övladları barədə öz xatirələrini bölüşüb, onların keçdiyi döyüş yolundan söz açıblar. Çıxışlar zamanı tarixi zəfərin şəhidlərimizin qanı bahasına əldə edildiyi, onların adlarının tarixə əbədi həkk olunduğu və xatirələrinin xalqımız tərəfindən həmişə uca tutulacağı vurğulanıb.

Şirkət tərəfindən şəhid ailələri üçün maddi yardım ayrılıb.

SOSİAL ŞƏBƏKƏLƏR

///

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az
Norm ustalar klubu