Xəbərlər
“Norm Sement”dən şəhid ailələrinə Qurban sovqatı
“Norm” şirkəti Qaradağ Rayon İcra Hakimiyyətinin və Sahil qəsəbəsində yerləşən “Həzrəti Fatimeyi Zəhra” məscidinin təşkilati dəstəyi ilə Qaradağ rayonunda yaşayan 100-dən çox şəhid ailələrinə və aztəminatlı ailələrə yardım kampaniyası həyata keçirmişdir. Ənənəvi qaydada bayram sovqatı şirkət əməkdaşları tərəfindən paylanılmışdır.
Daim öz sosial öhdəliklərinin fərqində olan “Norm” ASC Cənubi Qafqazın ən böyük sement istehsalçısı olub, ən müasir standartlara cavab verən sement və beton laboratoriyaları ilə təchiz edilmişdir. Norm Sement Xəzəryanı bölgədə API standartlarına uyğun quyu-tamponaj sementi istehsal edən ilk sement zavodudur.