NormNormNormNormNormNorm
/

Rəhbərlik

Adnan Nuri Özkaya
Direktorlar Şurasının sədri
Adnan Nuri Özkaya müxtəlif rəhbər vəzifələrdə 30 ildən çox beynəlxalq iş təcrübəsinə malikdir.

A. N. Özkaya Norm-un Direktorlar Şurasının sədridir. Daha əvvəl 2012-ci ilin fevral ayından etibarən Norm şirkətində biznes məsləhətçi və şura üzvü kimi fəaliyyət göstərib.

A. N. Özkaya 17 il müddətində Lafarge Group-un Türkiyədəki ofisində və Parisdə yerləşən mərkəzi ofisdə müxtəlif vəzifələrdə çalışıb. 2002-2010-cu illərdə Lafarge Cement Turkey-də Baş icraçı direktor, 1999-2002-ci illərdə isə Maliyyə işləri üzrə direktor və Strateji məsələlər üzrə direktor vəzifələrində çalışıb. Bundan öncə isə 1992-ci ilin sonunadək audit şirkətində işləyib.

A. N. Özkaya 1988-ci ildə Boğaziçi Universitetinin “Biznesin idarə edilməsi” fakültəsinin məzunudur.
Stephan Sollberger
Şura üzvü
Stephan Sollberger sement və beton istehsalı sahəsində fəaliyyət göstərən şirkətlərdə 30 ildən çox iş təcrübəsinə malikdir.

O, 1992-2001-ci illərdə “Holderbank Cement und Beton” şirkətində müxtəlif vəzifələri icra edib. 2006-cı ilədək “Holcim İsveçrə”-də Sementin istehsalı və tətbiqi texniki mərkəzinin müdiri və zavodun direktoru olub.

Onun İsveçrədə inşaat sahəsində fəaliyyət göstərən “Jura Management AG”, eləcə də “CRH” və “CRH Western Europe” şirkətlərində müxtəlif vəzifələrdə təcrübəsi var.

Stephan Sollberger 2020-ci ildən bəri “Landqart AG” şirkətinin Əməliyyatlar üzrə Baş Direktorudur.

O, təhsilini Sürix Tətbiqi Elmlər və Bern Tətbiqi Elmlər Universitetlərində alıb.
Ülkü Özcan
Şura üzvü
Ülkü Özcan sement sənayesində 22 illik iş təcrübəsinə malikdir.

O, 2018-2020-ci illərdə Türkiyənin ən böyük sement istehsalçılarından biri olan “Çimsa” şirkətində müxtəlif vəzifələrdə işləyib. 2021-ci ilin iyununa qədər isə enerji və telekommunikasiya kabeli biznesi sahəsində fəaliyyət göstərib.

Ülkü Özcan, həmçinin, Afyon Sementdə müxtəlif vəzifələri, eləcə də Direktorlar Şurasının üzvü, Qlobal Sement və Beton Assosiasiyasında nümayəndə, Türkiyə Sement İstehsalçıları Birliyində Audit Komitəsinin üzvü kimi müxtəlif vəzifələri icra edib.

O, təhsilini 1994-cü ildə Qalatasaray Ali Məktəbində, 1999-cu ildə Marmara Universitetinin Biznes fakültəsində ingilis dilində alıb. Həmçinin Parisdə INSEAD Biznes məktəbində Qabaqcıl Sənaye Marketinqi və Strategiyası Proqramını və Sabancı X-Celerate Liderlik Proqramını uğurla bitirib.
Yusif Cabbarov
Şura üzvü
Yusif Cabbarov müxtəlif sahələrdə 20 il uğurlu fəaliyyət təcrübəsinə malikdir. Bu müddət ərzində o, neft-qaz, telekommunikasiya və maliyyə kimi sahələrdə rəhbər vəzifələrdə çalışıb.

O, Norm şirkətinin Direktorlar Şurasının üzvüdür.

Cənab Cabbarov müxtəlif sahələrdə və ölkələrdə fəaliyyət göstərən şaxələnmiş şirkətlər qrupu olan NEQSOL Holding-in Baş Direktorudur. O, holdinqin beynəlxalq biznesinə nəzarət edir və onun strategiya, birləşmə və sərmayələr (M&A) sahələrinə və biznes portfelinin idarə edilməsinə cavabdehdir. Bundan əvvəl, 2015-ci ildən başlayaraq, o, şirkətlər qrupunun Səhmdar Ofisinin rəhbəri işləyib.

Y.Cabbarov həmçinin Bakcell şirkətinin Direktorlar Şurasının sədr müavini, Vodafone Ukraine şirkətinin Direktorlar Şurasının üzvüdür.

O, 2013-cü ildə Nobel Energy-nin baş direktorunun müavini və baş maliyyə direktoru təyin olunaraq holdinqə qoşulub. 2000-ci ildən 2013-cü ilə qədər Yusif Cabbarov maliyyə sektorunda çalışıb. O, Azərbaycanın aparıcı kommersiya banklarından birində İdarə Heyətinin sədr müavini işləyib.

Cənab Cabbarov Liderliyin İnkişafı Proqramı (PLD – Strateji İdarəetmə) üzrə təhsilini müvəffəqiyyətlə bitirərək Harvard Biznes Məktəbinin məzunu olub. O, həmçinin 2007-ci ildə Birminhem Biznes Məktəbində MBA dərəcəsi, 2002-ci ildə isə UNEC-də iqtisadiyyat və maliyyə üzrə bakalavr təhsilini bitirib.
İmran Əhmədzadə
Şura üzvü
İmran Əhmədzadə neft, telekommunikasiya, maliyyə və sənaye müəssisələrində geniş təcrübəyə malikdir.

Cənab Əhmədzadə Norm şirkətinin Direktorlar Şurasının üzvüdür.

O, NEQSOL Holding-də Qrup üzrə Baş Maliyyə Direktorudur və NEQSOL Holding Azərbaycan ofisinin rəhbəridir. Cənab Əhmədzadə həmçinin Nobel Energy və Nobel Upstream şirkətlərinin Direktorlar Şurasının üzvüdür.

İmran Əhmədzadə 2013-cü ildə Nobel Energy şirkətlər qrupunda baş xəzinədar olaraq işə başlayıb. Bundan öncə, cənab Əhmədzadə 2004-cü ildən etibarən bank sektorunda, xəzinədarlıq, riskin idarə olunması, kredit anderraytinqi, portfelin idarə olunması sahələrində müxtəlif vəzifələrdə çalışıb. O, həmçinin, müxtəlif universitetlərdə pedaqoq kimi fəaliyyət göstərib.

Cənab Əhmədzadə 2020-ci ildə PLD (Program for Leadership Development) üzrə təhsilini müvəffəqiyyətlə bitirərək Harvard Biznes Məktəbinin məzunu olub. 2009-cu ildə Almaniyada yerləşən Koburq (Coburg) Universitetində Maliyyə İdarəetməsi üzrə MBA dərəcəsinə yiyələnib.
İsrail Asəliyev
Şura üzvü
İsrail Asəliyev müxtəlif biznes sahələrində 20 ilə yaxın rəhbərlik təcrübəsinə malikdir.

Cənab Asəliyev Norm şirkətinin Direktorlar Şurasının üzvüdür. O, 2018-ci ildən NEQSOL Holding-də Tikinti Sənayesinin rəhbəri vəzifəsində çalışır və bu seqmentdə strategiyanın hazırlanması və icrasına nəzarət edir. O, həmçinin Holdinqdə sənaye biznesini genişləndirmək üçün M&A layihələrinə rəhbərlik edir.

NEQSOL Holding-ə qoşulmazdan öncə, İ.Asəliyev inşaat materialları, tekstil və kimyəvi maddələrin istehsalı, eləcə də dağ-mədən sənayesi sahələrində fəaliyyət göstərən Gilan Sənaye Qrupu-nun Baş İcraçı Direktorunun müavini vəzifəsində çalışıb. O, Mingəçevir Sənaye Parkının sıfırdan başlayaraq iki zavodun istismara verilməsinədək olan inkişaf layihəsinə nəzarət edib.

Cənab Asəliyev 2003-2011-ci illərdə menecment və İT konsaltinq və beynəlxalq texniki yardım sənayesində fəaliyyət göstərmişdir. Almaniya, Belçika və ABŞ şirkətləri və təşkilatlarında ekspert və rəhbər vəzifələrdə çalışıb.

2005-ci ildən Azərbaycanda informasiya texnologiyaları sahəsində ilk peşəkar mükafat olan NETTY Mükafatı Akademiyasının üzvüdür.

Cənab Asəliyev Azərbaycan Dövlət Neft və Sənaye Universitetini müvəffəqiyyətlə bitirib. O, Azərbaycanda ilk PMI sertifikatlı layihə idarəetmə mütəxəssislərindən biridir.
Henning Sasse
Baş icraçı direktor
Henning Sasse, müxtəlif aparıcı texniki və ümumi idarəetmə vəzifələrində olmaqla, 24 ildən artıq iş təcrübəsinə malikdir.

Cənab Sasse Norm şirkətinin Baş icraçı direktorudur. Norm-da fəaliyyətə başlamazdan əvvəl LafargeHolcim qrupunda "Cement Industrial India" rəhbəri kimi fəaliyyət göstərib. Bununla yanaşı, o, Hindistanda iki LafargeHolcim şirkətlər qrupunun icra komitəsinin üzvü olub.

Henning Sasse Almaniya, Azərbaycan, Rusiya və Hindistanda (Cənubi Asiya) sement və digər tikinti materialları, eləcə də, tullantıların idarə olunması və alternativ resurslar sahəsində 19 illik təcrübəyə malikdir.

Cənab Sasse Braunşveyq Texniki Universitetinin “Mexanika mühəndisliyi” fakültəsində magistr dərəcəsinə, Karlsrue Texnologiya Universitetində iqtisad üzrə elmlər doktoru dərəcəsinə yiyələnib. Lozannada yerləşən Beynəlxalq İdarəetmə İnkişafı İnstitunun (IMD), Rəhbərlik və İdarəetmə üzrə iki əsas proqramını bitirib.
Elvin Mirzəyev
Baş maliyyə direktoru
Elvin Mirzəyev maliyyə təşkilatlarından çoxşaxəli holdinqə qədər bir çox sənaye sektorlarında maliyyə və investisiya ilə əlaqədar vəzifələrdə 10 ildən artıq iş təcrübəsinə sahibdir.

Cənab Mirzəyev hazırda Norm ASC-nin Baş maliyyə direktorudur. Norm şirkətində işə başlamazdan əvvəl o, NEQSOL Holding-in İnvestisiya üzrə rəhbəri vəzifəsində çalışıb. 


E.Mirzəyev Almaniyanın Nurtinqen Tətbiqi Elmlər Universitetindən “Beynəlxalq maliyyə” üzrə magistr dərəcəsinə malikdir. O, beynəlxalq CFA İnstitutunun sertifikatına və GARP assosiasiyasının FRM (Maliyyə riskləri üzrə menecer) statusuna sahibdir.


Bundan əlavə, cənab Mirzəyev Stenford Universitetində “Lliderlik Xüsusiyyətlərinin İnkişafı Proqramı”nı (Executive Leadership Development Program) bitirmişdir.

SOSİAL ŞƏBƏKƏLƏR

///

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az
Norm ustalar klubu