NormNormNormNormNormNorm
/

Tarixçəmiz

2023
"Norm" ASC Avropa Beton Yollar Assosiasiyasına (EUPAVE) üzv qəbul edilmişdir.

Şirkət müştəriləri üçün Loyallıq Proqramı təsis etmiş və bununla bağlı mobil tətbiqlər işə düşmüşdür.
2022
"Norm" ASC Qlobal Sement və Beton Assosiasiyasına üzv olmuşdur.

Müştəri məmnuniyyətinin ölçülməsi aparılmış və məmnuniyyət səviyyəsi 98% olmuşdur.
2021
"Norm" ASC Cənubi Qafqazda ilk dəfə Amerika Neft İnstitutu (API) tərəfindən sertifikat əldə etmişdir. Bu sertifikat sayəsində şirkət yerli və xarici bazarlara quyu-tamponaj sementini təqdim etməkdədir.
2020
Altı bölməli yeni sement silosunun inşası uğurla başa çatmışdır.

Yeni KLASS L500 (CEM II / A-L 42.5R) və KLASS 1 (CEM I 52.5N) sement məhsulları bazara təqdim edilmişdir.

Norm Sement zavodunun peşəkar texniki heyyəti və Avropanın ən nüfuzlu şirkətlərindən olan Beumer komandasının birgə səyi nəticəsində yeni paketləmə xəttinin 4000 km məsafədən online istismara verilməsinə nail olunmuşdur.

2019
Norm Sement, Beynəlxalq CPI Worldwide jurnalı və ICCX (Beynəlxalq Beton Sərgi və Konfrans) Academy-nin birgə təşkilatçılığı ilə ölkəmizdə “Azərbaycanda müasir beton texnologiyaları və inşaat istiqamətləri” mövzusunda ilk beynəlxalq konfrans baş tutdu.

4 noyabr 2019-cu il tarixində “Norm” Məhdud Məsuliyyətli Cəmiyyəti açıq səhmdar cəmiyyətinə çevrilmişdir.
2018
Norm Ustalar Klubunun 2 yaşı tamam oldu.

Norm Sement "365 qəzasız iş günü"nü qeyd etdi.

14 iyun tarixindən etibarən futbol üzrə dünya çempionatına həsr edilmiş 1 aylıq "Futbolu İTV-də izlə, Normdan hədiyyə qazan" müsabiqəsi baş tutdu. Müsabiqənin 44 qalibi dəyərli hədiyyələrlə mükafatlandırıldı.
2017
Azərbaycanın müxtəlif regionlarında Norm Ustalar Klubunun silsilə tədbirləri təşkil olundu.

Müştərilər üçün nəzərdə tutulmuş “Müasir dövrdə Avropa ölkələrində istehsal olunan əmtəə betonu” və “Sementin mineral tərkibi” mövzularında təlim xarakterli tədbir təşkil edildi.
2016
Norm Ustalar Klubu yaradıldı, klubun hazırda 1000-dən çox üzvü var.

Korporativ müştərilər üçün xarici mütəxəssislər tərəfindən təlimlər keçirildi.

Almaniyanın WEIMAR institutu ilə laboratoriyalar arası əməkdaşlığa başlanıldı.
2015
Zavodda yeni çeşid məhsulun (KLASS S) - mineral əlavəli sulfata davamlı Portland sement istehsalına başlanılmışdır.

DNV GL Group tərəfindən müəssisəyə keyfiyyətə nəzarət, ətraf mühitin mühafizəsi və əməyin təhlükəsizliyi üzrə ISO 9001, ISO 14001 və OHSAS 18001 sertifikatları təqdim edilmişdir.
2014
Soba xətti istismara verilmişdir. 21 iyul tarixində Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin iştirakı ilə zavodun rəsmi açılışı baş tutmuşdur.
2013
Sement dəyirmanı bölməsi işə salınmış, ilk sement istehsal edilmişdir. Almaniyanın VDZ Elmi-Tədqiqat İnstitutu ilə uzunmüddətli əməkdaşlıq barədə razılıq əldə edilmişdir.
2012
Ərazidə əsaslı infrastruktur yaradılmışdır. Zavod ərazisinə Bakı-Salyan şosesinə birləşən 10 km uzunluğunda asfalt yol inşa edilmiş, 110 kilovoltluq yüksək gərginlikli elektrik xətti çəkilmişdir. Bundan başqa su xətti, qaz kəməri, seldən mühafizə bəndləri, həmçinin zavodun elektrik təchizatının etibarlı təminatı üçün elektrik yarımstansiyası inşa olunmuşdur.
2011
Dünyanın dörd böyük müstəqil auditor şirkətlərindən biri olan PriceWaterhouseCoopers Norm MMC-nin 2008–2010-cu illər üzrə maliyyə hesabatlarının ilk dəfə olaraq Beynəlxalq Maliyyə Hesabatları Standartına uyğun auditini aparmış və öz müsbət rəyini bildirmişdir. 2011-ci ildə zavodun "Açar Təslimi" əsasında tikintisi üçün xarici şirkətlərdən ibarət konsorsiumla müqavilə imzalanmışdır.
2010
Norm Sement zavodu üzrə tərtib olunmuş Ətraf Mühitə və Sosial Sahəyə Təsirin Qiymətləndirilməsi sənədi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırılmış və bu sahədə nəzərdə tutulan tədbirlər mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.
2009
Zavodun «Açar Təslimi» əsasında tikintisi üçün tender elan edilmişdir. Tenderdə Yaponiya, Almaniya, Çexiya, Çin, Koreya və Türkiyəni təmsil edən və sement zavodlarının qurulmasında ixtisaslaşdırılmış və geniş təcrübəyə sahib olan 26 şirkət iştirak etmişdir.

2008-2011-ci illər ərzində Azərbaycanın müxtəlif bölgələrində, 10 min hektar ərazidə geoloji kəşfiyyat işləri aparılmış, 2 minə yaxın xammal nümünəsi toplanaraq Almaniyanın, Fransanın, Hindistanın, ÇXR və Türkiyənin ixtisaslaşlaşdırılmış laboratoriyalarında sınaqlaşdırılmışdır. Zəruri topoqrafiya işləri aparılmış, xammal ehtiyatları hesablanmış, zavodunun tikintisi və xammal təchizatı üçün tələb olunan ərazilər Norm MMC tərəfindən əldə edilmişdir.

2009-cu ildə ekoloji və sosial təsirlərin qiymətləndirilməsilə bağlı ətraf qəsəbələrdə yaşayan sakinlər, yerli icma və qəsəbə nümayəndələri, bələdiyyələr, QHT-lər, mətbuat nümayəndələrinin, digər əlaqədar və marağı olan tərəflərin iştirakı ilə ictimai dinləmələr keçirilmişdir.
2008
Bu ildə layihə üzrə texniki konsultant xidmətlərinin yerinə yetirilməsi sement istehsalı sahəsində dünyanın 10 ən tanınmış konsultant şirkətlərindən biri olan Holtec Consulting Private Limited (Hindistan) şirkətinə həvalə edilmişdir.
2006
Norm Məhdud Məsuliyyətli Cəmiyyəti 4 may 2006-cı il tarixdə NEQSOL Holding-in təsisçisi və yeganə benefisiar sahibi Nəsib Həsənov tərəfindən yaradılıb.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən 0106-P216-45772 nömrəsilə dövlət qeydiyyatına alınmışdır.

Sənaye sahəsində layihələr həyata keçirmək məqsədilə yaradılan şirkət 2008-ci ildən etibarən bütün qüvvəsini Sement zavodu layihəsinə yönəltmişdir. Layihəyə sement sənayesində dünyanın qabaqcıl mütəxəssisləri cəlb edilmişdir.



SOSİAL ŞƏBƏKƏLƏR

///

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az
Norm ustalar klubu