NormNormNormNormNormNorm
/

Daşınma və Loqistika

 

 

Norm Sement Azərbaycanda və cənubi Qafqazda ən böyük sement zavodudur. Zavodun istehsal gücü ildə 2 milyon ton təşkil edir. Sementin səmərəli, vaxtında və təhlükəsiz daşınmasının planlaşdırılması və həyata keçirilməsi üçün şirkətimizidə müasir loqistika sistemi tətbiq olunur.

Norm sementi istehlakçılara kisələrdə və qalaq halında çatdırılır. Qablaşdırılmış sement yük maşınlarında, qalaq sementi isə xüsusi sementdaşıyan maşınlarda daşınır. Sementin daşınması Almaniyanın MAN, DAF və MERCEDES BENZ  markalı avtomaşınları vasitəsilə həyata keçirilir. Bu avtomaşınlar AVRO 4 standartlarının tələblərinə cavab verir. Daşımada istifadə edilən qoşqu vasitələri Almaniyanın Krone, Feldbinder və Kaessbohrer, Kögel, Schwarzmuller , Schmitz şirkətlərinin istehsalıdır.

Qalaq sementi daşıyan nəqliyyat vasitələrində quraşdırılmış smart cihazlar vasitəsilə sementin çəkisinə nəzarət edilir. Bundan əlavə qalaq sementi daşıyan nəqliyyat vasitələri “Solemar” sistemi ilə təchiz edilmişdir ki, bu da sementin boşaldılması zamanı elektrik mənbələrindən asılılığı aradan qaldırır. Sementin boşaldılması zamanı şəffaf borudan istifadə olunması isə əməliyyatın səmərəliliyini artırır.

Sement daşıyan bütün avtomaşınlarda quraşdırılmış GPS sistemi sayəsində daşımaları bilavasitə izləmək mümkündür.

Şirkətin loqistika fəaliyyətinin başlıca məqsədi müştəri məmnunluğudur. Sifarişlərin yüksək səviyyədə yerinə yetirilməsi üçün şirkətimiz bu sahədə öz fəaliyyətini durmadan təkmilləşdirir. 

Loqistika və daşımalarla bağlı hər hansı sualınız yaranarsa, Loqistika üzrə məmur Şahin Qasımov (077 2771574) ilə əlaqə saxlamağınız xahiş olunur.

Qalaq sementinin daşınma qaydaları  - yüklə


SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ