NormNormNormNormNormNorm
/

Texniki dəstək

 

 Norm MMC müştəri yönümlü şirkət olub istehlakçılara hərtərəfli texniki dəstək göstərir. Şirkət yüksək keyfiyyətli sement istehsal etməklə yanaşı məhsullarının müştərilər tərəfindən maksimum səmərəli istifadə edilməsini təmin edir.

Texniki dəstək üzrə mütəxəssislərimiz Azərbaycanın və Avropanın sement və beton texnolgiyaları, standartları və spesifikasiyaları ilə yaxından tanışdırlar və bu sahədə yenilikləri daim izləyirlər. Zəngin təcrübəsi olan bu mütəxəssislər tərəfindən müştərilərə sement və betonun istifadəsi və tətbiqinin bütün aspektləri üzrə geniş və hərtərəfli peşəkar məsləhət xidməti göstərilir.

İstehsal müəssisələrində və bilavasitə tikinti meydançalarında istehlakçılara beton və sement məhlullarının tərkibinin optimal nisbətdə seçilməsi, betonlama zamanı iqlim şəraitinin nəzərə alınması üzrə tövsiyələr verilir. Eyni zamanda zavodumuzda beton və sement məhlulunun möhkəmliyi, davamlılığı və uzunömürlülüyü ilə bağlı müştərilər üçün əyani tədqiqatlar aparılır.

Bundan əlavə sement istehlakçıları üçün texniki treninqlər, təlimlər, seminarlar və təqdimatlar təşkil edilir. Sement və betonun istifadəsi və tətbiqi ilə bağlı məsləhətverici broşürlər və vərəqələr mütəmadi olaraq dərc edilərək müştərilərə paylanır. Müştərilərə vaxtında və səmərəli dəstək verilməsi üçün işçi heyətimiz öz xidmətlərini daim təkmilləşdirməyə can atır.

Sement məhlulu və betonun tərkibi, istifadə və tətbiqi ilə bağlı hər hansı suallarınız yaranarsa bizə zəng etməyinizi xahiş edirik.

Əlaqədar şəxs:

Texniki Satış üzrə Qrup Rəhbəri - Fuad Məmmədov (077 277 14 82)


SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ