NormNormNormNormNormNorm
/

Xəbərlər

Beton yollar

Avtomobil yolları hər bir ölkənin əsas nəqliyyat şəbəkəsidir və iqtisadiyyatın inkişafında mühüm yer tutur. Avtomobil yolları üst örtüklərinə görə asfalt və beton örtük olmaqla iki müxtəlif hissədən ibarət olur. Bugün, dünyanın inkişaf etmiş bir çox ölkələrində avtomobil yollarının daha dayanıqlı, uzunömürlü və səmərəli təşkil edilməsi üçün beton örtüklərdən istifadə olunur.

Yolların istismar təcrübəsi göstərir ki, istənilən iqlim şəraitində, hərəkət axınının istənilən intensivliyində və strukturunda beton örtüklü yollar uzunömürlü olmaqla 30-50 il, asfalt yollar isə ən yaxşı halda 15 ilə dək xidmət göstərmə gücünə malikdir.

Yüksək hərəkət yüklənməsi və dayanıqlılıq kimi səciyyəvi xüsusiyyətlərə malik olduğuna görə hava limanlarındakı uçuş-eniş zolaqlarının, ağır tonnajlı nəqliyyat vasitələri üçün dayanacaqların, ağır sənaye maşınlarının, körpülərin, yanğın təhlükəsinin qarşısını almaq məqsədilə qapalı uzun tunellərdə yol trotuarlarının inşasında beton yollardan və səkilərdən istifadə edilir. Beton yollar sadə kənd və qəsəbə yollarının inşasında da əvəzsiz hesab olunur.

 Tərkibində sement olan beton yollar möhkəmliyi, ardıcıl deformasiyaya və yüklənməyə dayanıqlı və davamlılığı olmaqla yanaşı asfalt yollarla müqayisədə bir sıra üstünlüklərə malikdirlər. Bu üstünlüklər əsasən:

  • Parlaq və daha tünd səthə sahib olduğu üçün beton yollarda maneələr uzaq məsafədən daha aydın görünür;
  • Asfalt yollarda isti havalarda yüksək temperatur səbəbindən ərimə prosesinin nəticəsi olaraq müəyyən çökmələr  yaranır, ətrafa bitum qoxusu yayılır. Beton yolda bu növ problemlərə rast gəlinmir;
  • Beton yollarda hərəkət zamanı sürtünmədən yaranan səs-küy daha az olur;
  • Beton yolların təmiri daha az vəsait hesabına başa gəlir.

Beləliklə, Norm şirkətinin mütəxəssis araşdırmalarının nəticələri göstərir ki, beton örtüklü yollar asfalt yollardan təhlükəsizlik, insan sağlamlığı və ətraf mühitə zərərlilik baxımdan üstünlüyə malik olmaqla yanaşı, onların istismar və təmir xərcləri digərlərindən dəfələrlə azdır. İstehsal prosesinin tamamilə avtomatlaşdırıldığı və nəzarət sisteminin təkmil olduğu Norm Sement zavodunda beton yolların inşasında tələb olunan standartlara uyğun sementi əldə etmək mümkündür.

Zavodun bəzi istehsal mərhələlərində avtomatik sistemlərin tətbiqi insan faktoruna bağlı xətaları aradan qaldırılmasına imkan yaradır, eyni zamanda tətbiq edilən ən son texnologiyalar nəticəsində  istehsal prosesini 24 saat ərzində izləmək və kənaraçıxmalara vaxtında müdaxilə etməklə məhsul keyfiyyətinin stabilliyinin qorunması təmin etmək mümkündür.

Norm Sement zavodunun məhsulları beynəlxalq qurumlar tərəfindən dəyərləndirilir və sertifikatlaşdırılır. Almaniyanın VDZ Elmi-tədqiqat İnstitutu tərəfindən CEM II/A-P 32,5R, CEM II/B-L 32,5R, CEM II/A-P 42,5R və  CEM II / A-P 42.5N markalı  Norm məhsullarına DIN EN 197-1:2011 standartına müvafiq olaraq uyğunluq sertifikatları təqdim olunmuşdur.

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ