NormNormNormNormNormNorm
/

Xəbərlər

Norm sement Sual-Cavab layihəsinə start verir

Norm şirkəti yeni-yeni layihələrə imza atmağa davam edir. Şirkət  Norm Sement-ə məxsus Facebook və İnstagram hesablarının izləyiciləri üçün Futbol üzrə Dünya Çempionatına həsr olunmuş sual-cavab layihəsinə start verdi.

Dünya Çempionatı həyəcanını İTV-də yaşayın və NORM Sement-dən dəyərli hədiyyələr qazanın!

  • 28 ədəd 300 AZN dəyərində idman mağazalarına kupon
  • 8 ədəd 500 AZN dəyərində istirahət və sağlamlıq kuponu
  • 4 ədəd 800 AZN dəyərində elektronika mağazalarına kupon
  • 3 ədəd 1000 AZN dəyərində səyahət kuponu
  • 1 ədəd 2000 AZN dəyərində səyahət kuponu

 

Bunun üçün nə etmək lazımdır?

  • Oyunu İTV-də diqqətlə izləməyiniz vacibdir, sual canlı yayım zamanı istənilən vaxt aparıcılar tərəfindən səslənəcək. Müsabiqədə iştirak edən oyunlar NORM-un Facebook və İnstagram səhifəsində elan ediləcək;
  • Suala NORM-un Facebook səhifəsində birinci düzgün cavab yazan şəxs hədiyyə qazanacaq;
  • Suala düzgün cavab verməklə yanaşı, iştirakçı NORM və İTV-nin səhifələrini bəyənməlidir;
  • Həmçinin bu postu və hər sual elan edilən postu bəyənməli, səhifəsində paylaşmalıdır;
  • Hər bir şəxs yalnız 1 şərh və 1 variant yaza bilər;
  • Redaktə edilmiş, mövzudan kənar, qeyri-etik şərhlər silinəcək və nəzərə alınmayacaq;
  • Şəxsiyyət vəsiqəsindəki ad/soyadla Facebook profilindəki ad/soyad uyğun gəlmirsə, şərhdə cavabın sonunda düzgün ad/soyad/ata adı qeyd olunmalıdır;
  • Qaliblər hədiyyəni şəxsən və şəxsiyyət vəsiqələrini təqdim etməklə götürə bilərlər;
  • Norm şirkəti müsabiqə ərzində qaydalara dəyişiklik etmək hüququna malikdir.

 

 14.06. – 15.07.18 tarixlərində davam edəcək müsabiqədə Sizi fəal olmağa çağırır və hər birinizə uğurlar arzulayırıq!

 
 

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ