NormNormNormNormNormNorm
/

Xəbərlər

Norm Sement zavodunda təcrübə keçən peşə məktəbi tələbələrinə sertifikatlar təqdim edilib

Nom MMC və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında arasında bağılanmış “Anlaşma Memorandumu”na uyğun olaraq, Tikinti və Quraşdırma İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və Dəniz Nəqliyyatı, Gəmiqayırma və Liman İşləri üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri 20 fevral 2018-ci il tarixindən 31 may 2018-ci il tarixinədək Norm MMC-də istehsalat təcrübəsi keçmişdir. 

İnsan Resursları və Administrativ işlər şöbəsinin nəzarəti ilə keçirilmiş layihəyə adları qeyd edilmiş təhsil müəssisələrindən 28 nəfər tələbə və 2 nəfər usta cəlb edilmişdir. 

Proqram zamanı tələbələr müxtəlif mövzülarda təlimlərdə iştirak etmiş və zavod ərazisində praktiki təcrübəyə cəlb edilmişdir.  Təcrübə proqramının keçirilməsində Norm MMC-nin İnsan Resursları və Administrativ işlər, İstehsalat, Təmir işləri və Planlama və SƏTƏM şöbəsinin əməkdaşları yaxından iştirak etmiş və öz təcrübələrini tələbələrlə bölüşmüşlər.

31 May 2018-ci il tarixində istehsalat təcrübəsinin bitməsi münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Norm MMC-nin və təhsil müəssisələrinin rəhbərləri çıxışlar etmiş və tələbələrə proqramda iştirakla bağlı sertifkatlar və hədiyyələr təqdim edilmişdir.

SOSİAL ŞƏBƏKƏLƏR

//

MƏLUMAT MƏRKƏZİ

927

BİZƏ YAZIN

office@norm.az media@norm.az

AXTARIŞ